Suriya: “Kimyəvi hücumla” bağlı Rusiya ilə Qərbin mübahisəsi

Syrian child receives treatment following a suspected gas attack in Khan Sheikhoun, on April 4, 2017 Fotonun müəllifi Getty Images

Suriyanın şimalında onlarla dinc sakinin ölümünə bais olmuş kimyəvi qazın üsyançıların silah anbarında olduğu barədə Rusiyanın iddiası rədd edilib.

Britaniyanın xarici işlər naziri, üsyançıların komandiri və silah ekperti hücumun arxasında Suriyanın olduğunu deyib.

Rusiyanın Müdafiə Nazirliyi şimalda yerləşən İdlib vilayətindəki Xan Şeyxun şəhəri üzərinə Suriya hava qüvvələrinin hücumunu etiraf edib.

Nazirliyin bəyanatına görə, Suriya təyyarələri kimyəvi silahla təchiz edilmiş silah-sursat istehsal edən anbarı bombalayıblar.

Üsyançıların olduğu ərazilərə hücum qəzəbli beynəlxalq reaksiya yaradıb, ABŞ və digər dövlətlər ölümlərə görə Suriya hökumətini ittiham edir.

Britaniyada mənzillənən Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, Xan Şeyxun şəhərinə hücumda 20 uşaq da daxil olmaqla 72 nəfər həlak olub.

Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiyanın bəyanatını şərh edərkən deyib:

"Mənim gördüyüm bütün sənədlər [Suriya prezidenti Bəşər] Əsəd rejiminin öz xalqına qarşı... qeyri-qanuni silahdan istifadəsinə dəlalət edir".

Dəməşq rəsmiləri hər hansı silahdan istifadə etdiyini təkzib edir.

Hadisə yerində çəkilən videoda təngnəfəs insanların (onların çoxu uşaqdır) ağzında köpüyün əmələ gəlməsini görmək olar.

Hücumdan sonra BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağrılıb.

Müzakirələr Brüsseldə 70 donor ölkənin Suriyaya yardım səyləri barədə danışıqları ilə eyni zamanda keçirilir.

Bu arada şahidlər yaralıların müalicə olunduğu xəstəxanaların hava zərbələrinə məruz qaldığını deyir.

Hücumda zərər çəkənlərdən bəziləri qonşu Türkiyədə müalicə olunub.

Onlardan biri qazın təsiri barədə danışıb:

"Qazın bizə təsiri olub. Biz ayq üstə qalxa bilmirdik. Mənim başım hərlənirdi. Ürəkbulanmam var idi. Təngnəfəs oldum, nəfəsimi dərə bilmirdim."

Ümumdunya Səhiyyə Təşkilatı bəzi zərər çəkənlərdə sinir qazının istifadəsi nəticəsində yaranan simptomlara rast gəldiyini bildirir.

Fotonun müəllifi Getty Images
Image caption Şahidlər yaralıların müalicə olunduğu xəstəxanaların hava zərbələrinə məruz qaldığını deyir.

Suriya vətəndaş müharibəsi hələ də heç bir siyasi həlli olmadan altı ildən çoxdur ki, davam edir.

Təxminən beş milyon suriyalı ölkədən qaçıb və altı milyondan çoxu isə məcburi köçkündür, BMT deyir.

Döyüşlərdə 250,000 mindən artıq adam həlak olub.

Bu barədə daha geniş