Ilk dəfə kişilər üçün doğuma nəzarət üsulu yaradılıb

İğne Fotonun müəllifi Getty

Hindistanda kişilər üçün yaradılmış doğuma nəzarət geli 13 il insanlar üzərində uğurla sınaqdan keçirildikdən sonra izin mərhələsinə gəlib çıxıb.

Qadın doğumuna nəzarət həbləri istehsal edən əczaçılıq nəhəngləri yeni dərmana maraq göstərmədiyi üçün onun təsdiq olunacağı təqdirdə həb Hindistanda buraxılacaq.

Dünyada 10 milyard dollarlıq doğuma nəzarət həbi və dəyəri 3,5 milyard dollara yaxın olan prezervativ satılır.

100 yıllik araşdırma

Dərmanın satışa çıxmasıyla bir əsirdən artıq müddət ərzində üzərində iş aparılan kişi doğum nəzarət üsulu reallaşmış olacaq.

İngiltərədə dərc olunan İndependent qəzetinin yazdığına görə, 76 yaşlı biotibbi mühəndis Sujoy Guha tərəfindən yaradılan üsulla yumurtalıqda sperma daşıyan damarlara ərimiş şokolad qalınlığında bir gel yeridilir.

Müsbət yüklü bu gel mənfi yüklü sperma üzərində tampon vəzifəsini yerinə yetirir, spermaların baş və quyruq hissələrini pozaraq dölləmə qabiliyyətini aradan götürür.

İllərcə təsiri olan bu gel istənilən zaman yumurtalığa edilən ikinci bir iynəylə deaktivləşdirilir və spermalar yenidən əvvəlki kimi normal olaraq penisə çatır.

Risug adı verilən və mənfi təsiri olmayan bu gelin iki il ərzində satışa çıxacağı gözlənilir.

Fotonun müəllifi Getty

BMT təşkilatı tərəfindən 2015-ci ildə dərc edilən hesabata görə, ümumilikdə dünyada kişilər doğuma nəzarətdə aktiv olmağa meylli görsənmirlər.

Başqa sözlə cütlüklər arasında məsuliyyəti daha çox qadınlar öz üzərinə götürür.

Qadınların 60 faizi doğum nəzarət həbindən və ya müasir doğum nəzarət üsullarından istifadə edirlər.

Cütlüklər arasında doğum nəzarət həbindən istifadə etməyərək sadəcə kişinin prezervativ taxmasıyla qane olan qadınların sayı 8 faizdir.

Yeni üsulu inkişaf etdirməklə doğuma nəzarət üsullarına imkanı olmayan 225 milyon qadın üzərindəki yükün azalacağına ümid edilir.

Əlaqəli mövzular