Kanadalı cütlük 3-cü dəfə lotereya udaraq milyoner oldular

Fink cütlüyü Fotonun müəllifi Western Canada Lottery Corporation
Image caption Cütlük birgə yaşadıqları vaxt ərzində 3-cü dəfə lotereya udublar

Kanadanın Edmonton şəhərindən olan Barbara və Douglas Fink birgə həyatları ərzində 3-cü dəfə lotereya udublar.

Sonuncu uduş cütlük üçün daha böyük olaraq 8,2 milyon Kanada dolları (6,1 ABŞ dolları) təşkil edib.

Buna qədər cütlük 1989-cu ildə 128 min, 2010-cu ildə 100 min Kanada dolları udublar.

O zaman cütlük 128 min dolları 4 dost arasında bölüb.

Western Kanada Lottery şirkəti tərəfindən yayılan press-relizdə bildirilir ki, cütlük tərəfindən udulan bu pul şirkət tərəfindən oynanılan ən böyük məbləğdir.

Fink cütlüyündən savayı yalnız bir nəfər lotereya biletinin 6 nömrəsini düzgün tapıb.

Ər-Arvad artıq udulan məbləği nəyə xərcləyəcəklərini müəyyən ediblər.

"Ailə hər şeydən əvvəl gəlir. Biz qızlarımız və nəvələrimizin ehtiyaclarını təmin etmək istəyirik",- deyə Barbara Fink lotereya təşkilatçılarına bildirib.

Barbaranın həyat yoldaşı Douglas Fink isə səyahət etmək istədiklərini və yeni ev almağı düşündüklərini söyləyib: "Barbara yeni ev arzulayır və o bu evə sahib olacaq".

Barbara Fink uduşunu bildiyi zaman şəhərdən kənarda işləyən ərinə zəng edib.

Douglas işilə bağlı telefon zənginə dərhal cavab verməyib. Lakin 5 dəqiqə sonra ərilə danışmaga nail olan Barbara "Mən bunu yenə bacardım" deyə qışqırıb.

Bu barədə daha geniş