BP baş icraçı direktorunun 2016-cı il üçün maaşını kəsib

BP chief executive, Bob Dudley Fotonun müəllifi PA
Image caption BP icraçı direktoru Bob Dudley

BP neft şirkəti özünün baş icraçı direktoru - Bob Dudley-in illik maaşını 40 faiz kəsib.

2016-cı ildə o, 11,6 milyon ABŞ dolları qazanıb, 2015-ci ildə isə o, 19,4 milyon dollar qazanmışdı.

Bu dəyişiklik BP səhmdarlarının cənab Dudley-in 2015-ci il üçün təyin edildiyi maaşa qarşı səs verərək nümayiş etdikləri narazılıqdan sonra baş verib.

Səhmdarların narazılığından sonra şirkət öz maaşlarını bir daha nəzərdən keçirib. Nəticədə, BP yeni maaş təkliflərinin "işin icrası ilə məvaciblərin mütənasibliyini" deyib.

Dəyişiklik nəticəsində baş icraçı direktor üçün maksimal maaş həddi endirilib.

Fotonun müəllifi BP
Image caption BP iş yerlərinin ixtisarı və maliyyə itkilərinə baxmayaraq icraçı direktorun maaşını artırdığına görə tənqidlərlə üzləşmişdi

2015-ci ilin fevral ayında BP 3 min iş yerini kəsdiyini və rekord maliyyə itkiləri ilə üzləşdiyini bildirmişdi. Buna baxmayaraq, 2014-cü illə müqayisədə cənab Dudley-nin maaşı 20 faiz artırılmışdı.

Bu səhmdarları qəzəbləndirdi və şirkətin keçən ilin aprel ayında keçirilən illik ümumi iclasında, onların 60 faizi cənab Dudley üçün təklif edilən maaşa qarşı səs verdi.

Səsvermə qeyri-məcburi idi və cənab Dudley şirkət tərəfindən təklif edilən maaşı bütövlükdə aldı, lakin BP-nin rəhbəri səhmardarların narazlığını qeyd edərək şirkətin maaş hesablama metodlarının bir daha müzakirə edilməsinə əmr verdi.

"Təklif edilən mükafatlandırma siyasəti BP-nin strategiyası və maaşlar arasında aydın mütənasiblik üçün yaradılıb", şirkət bildirir.

"2017-ci ildən sonra mükafatlandırma səviyyəsində əhəmiyyətli endirimlə nəticələnən daha sadə yanaşmanı təklif edirik".

Əlaqəli mövzular

Bu barədə daha geniş