İtaliya məhkəməsi TAP borusunun tikintisini dayandırıb

Etirazçılar Fotonun müəllifi Youtube
Image caption Melendugno keçirilən etiraz aksiyalarından biri

İtaliyanın Lazio Regional İnzibati Məhkəməsi Trans Adriatik Borusunun (TAP) keçəcəyi yerdə zeytun ağaclarının kəsilməsi üçün ekologiya nazirliyinin verdiyi icazəni dayandırıb, İtaliyanın ANSA xəbər agentliyi bildirib.

İcazənin dayandırılması Pugli regional hökumətinin şikayətinə dair aprelin 19-a təyin edilmiş məhkəmə iclasına qədər qüvvədə olacaq, xəbərdə deyilir.

TAP-ın keçəcəyi Puglia rayonunun Melendugno bölgəsində zeytun ağaclarının kəsilməsinə qarşı böyük etiraz aksiyalarının keçirildiyi deyilir.

Fotonun müəllifi GENT SHKULLAKU/AFP/Getty Images
Image caption TAP borusunun Albaniya hissəsində tikinti üçün gətirilən boru hissələri

TAP-ın tikintisinə qarşı kampaniya liderlərindən biri, Alfredo Pasiello məhkəmənin qərarı ilə razı olduğunu bildirib.

Sənaye naziri Carlo Calenda isə çərşənbə günü TAP-ın tikintisinin tezliklə başlanmasına ehtiyac olduğunu deyib.

Nazir TAP-ın Melendugno-dan keçməsinə verilən qərarın yalnız "alternativlərin dərin müzakirəsindən sonra" verildiyini deyib.

Hazırkı planda zeytun ağaclarının borunun tikintisindən sonra eyni ərazidə yenidən əkilməsi nəzərdə tutulur.

TAP 40 milyard ABŞ dollar dəyərində Cənub Qaz Dəhlizinin sonuncu hissəsidir və 2020-ci ildən Azərbaycandan İtaliyaya 10 milyard kub metr qaz gətirməsi planlaşdırılıb.

Bu barədə daha geniş