ABŞ Suriyaya raket zərbələri endirib

USS Ross fires a tomahawk missile April 7, 2017, at a Syrian air force base Fotonun müəllifi AFP
Image caption ABŞ Hərbi Donanması raketlərin buraxıldığı anın fotolarını paylaşıb

ABŞ Suriyada üsyançıların olduğu ərazilərə şübhəli kimyəvi silah hücumundan sonra hökümətin hərbi hava bazasına raket hücumları həyata keçirib.

Suriya vaxtilə saat 04:40-da Aralıq dənizinin şərqindən 59 ədəd Tomahawk qanadlı raket atılıb, Pentaqon bildirib

"Böyük maddi itkilərlə nəticələnən hücum nəticəsində 6 nəfər ölüb", Suriya ordusunun bəyanatında deyilir.

Bu, ABŞ-ın Suriya prezidentinin rəhbərliyi altında olan qüvvələrə qarşı ilk birbaşa hərbi əməliyyatıdır.

Bəşər Əsəd rejimini dəstəkləyən Kreml hücumları qınayıb.

Suriya prezidenti Bəşər Əsəd ölkənin mərkəzindəki hava bazasına ABŞ-ın raket zərbələrini "səfeh və məsuliyyətsiz" addım kimi dəyərləndirib.

"Amerikanın törətdiyi (zərbə) səfeh və məsuliyyətsiz hərəkətdən başqa bir şey deyil".

Bəşər Əsədin sözlərinə görə Trump-ın əmrilə həyata keçirilən həmlə ABŞ-ın siyasi və hərbi həqiqətlərdən bixəbər olduğunu göstərir.

Hücumdan sonra Rusiyanın xarici işlər nazirliyi Suriyanın səmasında ABŞ və Rusiyanın hərbi hava qüvvələri arasında toqquşmalardan yayınmağa kömək edən hava təhlükəsizliyinə dair sazişi dayandırdığını bəyan edib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Şəyrət aviabazasında ABŞ hava zərbələrini "suveren dövlətə qarşı təcavüz" kimi təsvir edib.

Çərşənbə axşamı İdlib vilayətinin Xan Şeyxun şəhərində şübhəli sinirlərə təsir edən qaz hücumu nəticəsində onlarla dinc insan, o cümlədən çoxlu sayda uşaq həlak olub.

Prezident Donald Trump hücumdan öncə televiziya ilə müraciətində deyib ki, hücumlara kimyəvi silahdan istifadə əsas verir.

Floridada Mar-a-lago qərargahında çıxış edən cənab Trump prezident Əsədi "günahsız mülki əhaliyə dəhşətli kimyəvi silah hücumu törədən diktator" adlandırıb.

Cənab Trump bildirib ki, o, kimyəvi silahlardan istifadənin qarşısını almaq üçün Amerikanın "həyati vacib milli təhlükəsizlik maraqlarına" uyğun fəaliyyət göstərib.

O, "bütün sivil xalqları" Suriyada münaqişənin dayandırılmasına yardım etməyə çağırıb.


Təhlil: Jon Sopel, BBC Şimali Amerika redaktoru

Bir hökumətin siyasəti çox nadir halda belə dərindən və sürətlə dəyişir. Üstəlik belə dəyişiklik nadir hallarda çevik həyata keçirilir.

Prezident Donald Trump hakimiyyətə gələndə Suriyanın lideri özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı mübarizədə faydalı müttəfiq kimi qiymətləndirilirdi. Rejim dəyişikliyi barədə söhbətlərın hamısı bitdi.

Lakin kimyəvi silahlarla hücum hər şeyi dəyişdi. İki günün içində ABŞ prezident Əsəd barədə mövqeyini dəyişdi, hədəfləri dəqiqləşdirib zərbələr endirdi.

Fəqət biz bu hava zərbələrinin bir dəfəlik cavab olduğunu yaxud prezident Əsədə qarşı yönələn daha geniş kampaniyanın başlanğıcı olub-olmamasınını hələ ki, bilmirik.

Ayrıca olaraq - biz bu hərəkətin ABŞ-ın Suriyanını müttəfiqi, Rusiya ilə əlaqələrinə necə təsir edəcəyinin də bilmirik.


Böyük Britaniya hökuməti bildirib ki, şübhəli kimyəvi silah hücumuna cavab olaraq, Suriyada hərbi hava bazasına qarşı ABŞ-ın raket zərbələrini "tam dəstəkləyir".

"Biz hesab edirik ki, [bu] Suriya rejimi tərəfindən başlanmış vəhşi kimyəvi silah hücumuna müvafiq cavab idi və gələcək hücumların qarşısını almaq üçün nəzərdə tutulub", 10 saylı sözçü bildirib.

ABŞ höküməti deyir ki, hücumdan qabaq Rusiyaya yazılı xəbərdarlıq edilib.

Fotonun müəllifi Pentagon
Image caption Pentaqon hücumların xəritəsini yayıb

Hücumdan sonra nə baş verir?

  • Raketlər Homs yaxınlığındakı Şəyrət bazasında hava gəmiləri, sığınacaqlar, sursat ləvazimatları və radarları hədəfləyib, rəsmilər deyirlər
  • Homs meri bir neçə insanın öldüyünü deyib və əlavə edib ki, bu baza özünü İslam Dövləti adlandıran qrupa yardım etmək üçün istifadə edilib
  • Suriya höküməti ABŞ-ın hərəkətlərini təsdiqləyərək, "aqressiv" adlandırıb
  • ABŞ Müdafiə Departamenti hücumdan sonra Twitter-də bu videonu paylaşıb
Fotonun müəllifi EPA
Image caption Vladimir Putin zərbələri "dünyanı ABŞ-ın İraqda mülki ölümlərə səbəb olmuş hərbi hərəkətlərindən diqqəti yayındırmaq cəhdi" kimi görür

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Şəyrət hava bazasına hava zərbələrini "suveren dövlətə qarşı təcavüz" kimi təsvir edib.

"Vaşinqtonun bu addımı onsuz da acınacaqlı vəziyyətdə olan Rusiya-Amerika münasibətlərinə əhəmiyyətli zərbə vurur", - Dmitri Peskov deyib.

Cənab Putin onları "dünyanı ABŞ-ın İraqda mülki ölümlərə səbəb olmuş hərbi hərəkətlərindən diqqəti yayındırmaq cəhdi" kimi görür və onlar ABŞ-Rusiya əlaqələrinə "böyük ziyan vurur", cənab Peskov əlavə edib.

Rusiya prezidentinin fikrincə raket zərbələri terrorizmlə mübarizədə son məqsədə nail olmaq əvəzinə "bəşəri şərə" qarşı beynəlxalq koalisiyanın yaradılmasına maneə törədir.

İnterfaks agentliyi rusiyalı hüquqşünas Dmitri Sablinə istinadən yazır ki, hücumlar zamanı rus əsgərlər zərər görməyib. Rusiya hərbi veteranları qrupunun rəhbərinin müavini olan cənab Sablin, bu informasiyanı öz mənbələrindən aldığını qeyd edib.

Fotonun müəllifi AFP
Image caption ABŞ mediası yazır ki, hücum bu hərbi gəmidən edilib (USS Porter hərbi gəmisi)
Fotonun müəllifi AFP
Image caption ABŞ höküməti deyir ki, hücumdan qabaq Rusiyaya yazılı xəbərdarlıq edilib (USS Ross hərbi gəmisi)

Türkiyə Suriyanın hərbi hava bazasına qarşı ABŞ-ın raket zərbələrini müsbət yanaşır və beynəlxalq ictimaiyyət Suriya hökumətinin "vəhşiliyinə" qarşı öz mövqeyini qoruyub saxlamalıdır, Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin Fox TV-ə deyib.

Prezident Bəşər Əsəd beynəlxalq aləmdə tam cəzalandırılmalıdır və Suriyada sülh prosesini sürətləndirmək lazımdır, o həmçinin qeyd edib.

Qərb ölkələri çərşənbə günü baş vermiş. şübhəli qaz hücumuna görə Bəşər Əsəd rejimini təqsirləndirir.

Hökümət isə öz qoşunlarının kimyəvi silah hücumu həyata keçirməsi barədə deyilənləri təkzib edir.

Bu barədə daha geniş