İspaniya: Bask separatçı Eta qrupu silahlarını "tərk edəcək"

Eta militants - file pic, undated Fotonun müəllifi Getty Images
Image caption Fransa və İspaniya polislərinin əməliyyatları çox sayda Eta üzvlərinin həbsi ilə nəticələnib

İspaniyanını bask separatçı qrupu Eta silahlarını birtərəfli şəkildə tərk edəcəyini deyib.

Lakin qruplaşma həmçinin rəqiblərinin bu addımın qarşısını almağa cəhd edəcəklərinə ehtimal olduğuna dair xəbərdarlıq edib.

Eta-nın silahları tərk etmə planları barədə ilkin xəbərlər BBC-nin gördüyü bir məktubda qrupun verdiyi vədlə təsdiqlənib.

Eta-nın Bask bölgəsinin azadlığına yönələn və 40 ildən artıq çəkən zorakılıqlar 800-dən çox insanın ölümü və minlərlə insanın xəsarəti ilə nəticələnib.

2011-ci ildə Eta atəşkəs elan edib, lakin silahlarını tərk etməyib. İspaniya silahlı qrupla danışıqlar keçirməkdən imtina edir.

7 aprel tarixli məktubda bildirilir ki, "bütün silahlarını (silahlar və qumbaralar) Bask vətəndaş cəmiyyəti təmsilçilərinə buraxdıqdan sonra Eta artıq silahsız bir təşkilatdır".

Lakin məktubda həmçinin yazılıb ki, "proses hələ bitməyib" və "silahları tərk etmə günü sabahdır".

"Biz xəbərdar etmək istəyirik ki, sülhün düşmənləri hələ də prosesə hücum edə bilər. Uğurun tək qarantiyası sabah Bayonne-da [Fransanın cənub qərbində] silahlarımızı tərk etməmizi dəstəkləyən minlərlə insanın yığılması olacaq."

Image caption Eta-nın məktubunda "sülh və azadlığı əldə etməyin" artıq Bask "vətəndaş cəmiyyətindən" asılı olduğu deyilir

Eta-nın məktubunuingiliscə buradaispanca burada oxuya bilərsiniz.

Son illər ərzində rəhbərləri daxil olmaqla yüzlərlə Eta üzvü həbs edilib və silahlarını ələ keçirərək Fransa və İspaniya polisi təşkilata təyziqi artırıblar.

Tərksilah prosesi şənbə günü Fransanın cənubundakı baskların yaşadığı rayonda yerləşən Bayonne-da mərkəzləşdiriləcək.

İspaniya mətbuatı bir çox uğurlu polis əməliyyatından sonra Eta-nın əlində silah qalmadığını bildirir.

İspaniyanın daxili işlər naziri Juan İgnacio Zoido silahları tərk etmək əvəzinə Eta-ya heç bir şey verilməyəcəyini deyib.

Eta 50 il əvvəl diktator general Franco dövründə yaradılıb. Qrupun ilk məlum olan qətli 1968-ci ildə baş verib. O vaxt San Sebastian şəhərində polis rəhbəri Meliton Manzanas güllələnərək öldürülüb.

El Pais qəzetinə verdiyi şərhdə yerli Bask hakimiyyətindəki mənbələr deyirlər ki, qrup getdikcə parçalanma əvəzinə özünü tam ləğv etmək niyyətindədir.

Onlar bildiriblər ki, buna cavab olaraq İspaniya hökuməti həbsdəki Eta üzvlərini ailələrinə daha yaxın olan həbsxanalara köcürə bilər. Eta-nın ləğv edilməsi məhbusların həbs şəraitlərini də yaxşılaşdıra bilər, onların mənbələri bildirir.

Bu barədə daha geniş