Eta separatçıları silahları təhvil "verməyə başlayıb"

Aksiya Fotonun müəllifi Reuters
Image caption Cümə günü Fransanın Bayone şəhərində silahların yerə qoyulmasına dəstək aksiyası keçirilib

İspaniya basklarının separatçı Eta qruplaşması əvvəl elan etdiyi kimi birtərəfli şəkildə tərksilah prosesinə başlayıb.

Frans Press agentliyinə danışan təşkilatın nümayəndəsi silahların qismən təhvil verildiyini qeyd edib.

Hərçənd ki, o məlumatın məxfiliyinə istinad edərək təfərrüatlara varmayıb.

Madrid qruplaşma ilə danışıqlardan imtina edib.

Eta qruplaşması 40 ildən çoxdur ki, İspaniya ilə Fransa ərazisində müstəqil bask dövlətinin yaradılması uğrunda mübarizə aparıb.

Bu müddət ərzində qruplaşmanın hücumları nəticəsində 800-dən artıq adam həlak olub.

Eta separatçıları silahı yerə qoyur

2011-ci ildə qruplaşma silahlı fəaliyyəti dayandırdığını bildirib.

Cümə günü Fransanın Bayone şəhərində silahların yerə qoyulmasına dəstək aksiyası keçirilib

Əlaqəli mövzular

Bu barədə daha geniş