Stokholm hücumu: saxlanılan şəxs Özbəkistan əsillidir

Yük maşını Fotonun müəllifi Getty Images
Image caption Mətbuat avtomobildə partlayıcının tapıldığını bildirir.

İsveç polisi paytaxt Stokholmda yük maşını ilə hücum törətməkdə şübhəli bilinən şəxsin Özbəkistan əsilli olduğunu təsdiqləyib. 39 yaşlı şəxsin adının hüquq-mühafizə orqanlarına məlum olduğu bildirilir.

Polis ondan başqa daha bir nəfərin saxlanıldığını təsdiqləyib.

Cümə günü Stokholmun mərkəzi Drottninggatan küçəsilə hərəkət edən yük avtomobili səkidə insanları vuraraq mağazaya sürülüb.

Nəticədə 4 nəfər ölüb və daha 15 adam xəsarət alıb.

Polis oğurlanaraq hücumda istifadə edilmiş yük maşınının ön oturacağında şübhəli əşyanın tapıldığını təsdiqləyib. Lakin onun partlayıcı maddə olub-olmaması barədə sual cavabsız qalır.

Daha əvvəl maşında partlayıcı maddənin tapıldığı xəbər verilirdi.

Fotonun müəllifi SWEDISH POLICE HANDOUT
Image caption Polis şübhəli şəxsin fotoşəkillərini yayıb.

İsveçin baş naziri Stefan Lofven hadisəni terror aktı kimi qiymətləndirib.

Hücum ardınca təhlükəsizlik tərbirləri gücləndirilib və sərhədlərdə nəzarət sərtləşdirilib.

Fotonun müəllifi EPA
Image caption Hücumda oğurlanmış yük maşını istifadə olunub.

Bu barədə daha geniş