ABŞ hərbi gəmilərini Koreya yarımadasına yollayıb

USS Carl Vinson (30 yanvar 2017) Fotonun müəllifi Reuters
Image caption Carl Vinson adlı hərbi gəmi Koreya yarımadasına yollanıb

ABŞ ordusu hərbi-dəniz donanmasının zərbə qrupunu Koreya yarımadasına yollayıb. Bu arada Şimali Koreyanın raket proqramı barədə narahatlıqlar artır.

Carl Vinson Zərbə Qrupu aviadaşıyıcıdan və digər hərbi gəmilərdən ibarətdir.

ABŞ Sakit Okeanı Komandanlığı bu yerləşməni təsvir edərək deyib ki, regionda hazırlığı qorumaq üçün tədbirli bir addımdır.

Prezident Donald Trump deyib ki, ABŞ tək olsa da Şimali Koreyanın nüvə təhlükəsi ilə bağlı tədbirlər görməyə hazırdır.

"Ehtiyatsız, məsuliyyətsiz və sabitliyi pozan raket sınaqlarına və nüvə silahı imkanı əldə etmək cəhdləri ilə bağlı proqramına görə Şimali Koreya regionda bir-nömrəli təhlükə olaraq qalır", ABŞ Sakit Okean Komandanlığının sözçüsü Dave Benham deyib.

Zərbə qrupu USS Carl Vinson aviadaşıyıcısından, iki idarəolunan raket əleyhinə silahdan və idarəolunan raket kreyserindən ibarətdir.

Admiral Nora Tyson-un idarə etdiyi bu zərbə qrupu ballistik raketlərin qarşısını almağa qadirdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş