Coca-Cola-nın okeanlara ziyanı “şokedici dərəcədədir”

Coca Cola şişesi Fotonun müəllifi Getty Images

Böyük Britaniyanın İndependent qəzeti Coca-Cola-nın plastik şüşələrinin okeanlara təsirini müəyyən etmək üçün araşdırma aparıb.

Qəzetin bu sahə üzrə müxbiri Tom Bawden-ə görə, şirkətin okeanlara verdiyi zərər "şokedici dərəcədədir".

500 müxtəlif markaya sahib olan Coca-Cola hər il 100 milyarddan çox birdəfəlik istifadə olunan plastik şüşə satır.

Qəzetin yazdığına görə, Coca-Cola 2010-cu ildə bir dəfəlik istifadə edilən şüşələrin işlərini davam etdirmək üçün lazımlı bir model olmadığını söyləmişdi.

Coca-Cola hər il nə qədər plastik şüşə istifadə etdiyinə dair bir açıqlama verməsə də, İndependent-in araşdırması şirkətin hər saniyə 3500 birdəfəlik plastik şüşə satdığını göstərir.

Məsələ ilə bağlı Yaşillar Partiyasının İngiltərədəki lideri Caroline Lucas qəzetə verdiyi açıqlamada "Coca-Colanın açıq-aşkar çirkləndirmə siyasəti real bir qalmaqaldır" ifadələrini işlədib.

"Coca-Cola-nın plastik çirkləndirmə böhranındakı roluna baxmayaraq məsuliyyət daşımaqdan yayınır, amma okeanlarımızın mədəsində Coca-Cola plastik şüşələrinə daha yer qalmadı"- deyə Greenpeace-in böyük okean kampanıyasının nümayəndəsi Louise Edge bildirib.

Fotonun müəllifi Science Photo Library
Image caption Dəniz quşları plastik şüşə udduqlarına görə ölürlər

Araşdırmaya görə, şirkətin bir dəfəlik istifadə olunan şüşələrinin yalnızca 7 faizində geri qaytarılmış plastikdən istifadə olunur.

Qəzetə açıqlama verən Coca-Cola nümayəndəsi isə "Grenpeace-ə paketləmə strategiyamız barədə danışarkən onlardan belə bir açıqlamanın gəlməsi bizi xəyal qırıqlığına uğratdı " deyib.

35 milyard sterlinq dəyərində dövriyyəyə sahib olan Coca-Cola-nın ilik gəliri 6,5 milyard sterlinq təşkil edir.

Özünü məsulliyyətli və ambisiyalı şirkət olaraq tanıtmaq istəyən Coca-Cola hər il 3,2 milyard sterlinq xərcləyir.

Qəzetin yazdığına görə, Coca-Cola hər gün dünya üzrə 1,9 milyon içki satır.

Dünyada plastik çirklənmə səbəbiylə dəqiqədə bir yük maşını dolusu plastik qab okeanlara qarışır.

Bu üzdən də dəniz quşlarının 90 faizinin mədəsində plastik şüşə aşkar edilir.

Bu barədə daha geniş