Hesabı ödəmək istəməyən avstraliyalı reper restoranı üzərək tərk edib

Омары Fotonun müəllifi OMEROS BROS
Image caption Restoranda insidenti "inanılmaz" adlandırıblar

2pec təxəllüsü ilə tanınan avstraliyalı reper Terry Peck balıq restoranında böyük məbləğdə nahar etdikdən sonra hesabı ödəməmək üçün üzərək qaçmağa cəhd göstərib.

33 yaşlı kişi Surfer Paradise kurortunda yerləşən Omeros Bros restoranıda baş verən insidentə görə məhkəmə qarşısında cavab verməli olub. Məlumata görə, reper 2 dəniz xərçəngi, 2 ilbiz yeyib, 21 bokal araqlı kokteyl və bir neçə şüşə pivə içib.

"Aman Allah! O bunları tək yeyib?" - deyə oğurluqda və hücumda ittiham olunan reperin işinə baxan hakim Joan White təəccüblə soruşub.

Restoranda naharın məbləği 450 dolları keçdiyinə görə Peck hesabı ödəmək əvəzinə dənizə tullanaraq üzüb qaçmağa çalışıb.

Polislər su motoru ilə onun arxasıyca gediblər.

Daha sonra reper sahildə doğuş keçirən rəfiqəsinə köməyə getdiyini iddia edib.

Terry Peck həmçinin ona verilən dəniz xərçənglərinin çox bişdiyini bildirb.

Restoran nümayəndəsi Mark Hunnibun dəniz məhsulunun bişirilməsinə dair səslən tənqidləri rədd edərək "Biz xərçəngləri necə gözəl bişirməyimizlə fəxr edirik" deyib.

Avstarliya KİV artıq reperin bir neçə mahnısını, o cümlədən "Ozi Ozi Ozi oy oy oy"-u ortaya çıxarıblar. .

Fotonun müəllifi EL RINCON DE PEPIN
Image caption İspaniyanın El Rincon de Pepin restoranı da mart ayında qaçan müştərilərdən ziyan çəkib

Ötən ay İspan polisi bir dəfədə hesab ödəməyən bir qrupun başçısı olduğu güman edilən şəxsi həbs edib.

Mart ayında İspaniyanın şimal-qərbində yerləşən Karmen otelinin restoranında 100 nəfərlik qrup üçün 2 min avroluq sifariş verilib.

Onlar bayram naharı etdiklərini iddia edərək sonradan hesabı ödəmədən qaçmağa cəhd göstəriblər.

Analoji insident bir həftə əvvəl İspaniyanın El Rincon de Pepin restoranında baş verib.