Suriya müharibəsi: G7 Rusiyaya qarşı sanksiyalara razılaşmayıb

Запуск ракет с американского корабля Fotonun müəllifi Getty Images
Image caption ABŞ Homs vilayətindəki Şəyrət hərbi bazasına 59 qanadlı raket atıb

G7 ölkələri arxasında Rusiyanın müttəfiqi Suriyanın olduğu idda edilən kimyəvi hücumdan sonra Britaniyanın Rusiyaya qarşı təklif etdiyi yeni sanksiyalar üzrə razılığa gəlməyiblər.

İtaliyanın xarici işlər naziri qrupun Rusiyanı küncə basmaq əvəzinə dialoq qurmaq istədiyini deyib.

ABŞ dövlət katibi Rex Tillerson G7 iclasından sonra İtaliyanı tərk edərək Rusiya ilə keçirəcəyi danışıqlar üçün Moskvaya gəlib.

O, Suriya prezidenti Bəşər əl-Əsədin Suriyanın gələcəyində rolu olmayacağını təkrarlayıb.

İtaliyanın Luka şəhərində keçirilən G7 iclası Suriyada qiyamçı qüvvələrin nəzarətində olan Xan Şeyxun şəhərində keçən həftə 89 nəfərin ölümü ilə nəticələnən şübhəli sinirlərə təsir edən qaz hücumundan sonra keçirilib.

Suriya hücumun arxasında olduğu iddialarını təkzib etsə də, ABŞ cümə günü Suriyanın Homs vilayətindəki Şəyrət hərbi bazasına 59 qanadlı raket atıb.



G7 görüşündə nə baş verib?

Xarici işlər nazirlərinin iki günlük görüşü cənab Tillersonun Moskvaya səfərindən əvvəl mütəffiqlərin birgə mövqedə birləşməsinə yönəlmişdi.

Lakin Britaniya xarici işlər naziri Boris Johnson-un kimyəvi hücuma görə Rusiya və Suriya hərbi zabitlərini hədəfləyən sanskiyalar təklifi digər nazirlər arasında fikir ayrılığı yaradıb.

G7-nin yekun bəyanatında sanksiyalar təklifi barədə məlumat olmayıb.

İtaliya xarici işlər naziri Angelino Alfano nazirlərin Rusiya ilə dialoq qurmaq istədiyini bildirib.

"Biz Rusiyanın [prezident Bəşər əl-Əsədə] atəşkəslə bağlı öhdəliklərinə riayət etməyə təzyiq göstərmək üçün imkanı olduğunu düşünürük", o, deyib.

Fotonun müəllifi EPA
Image caption Xan Şeyxun şəhərində baş vermiş kimyəvi hücum nəticəsində 89 nəfər ölüb və onlarla insan xəsarət alıb

Sanksiyalar barədə razılıq əldə edilməsə də, hər kəs Əsəd ailəsinin gələcəyi ilə bağlı birgə mövqeyə gəlib.

Buna toxunaraq cənab Tillerson deyib ki, "bizim hamımıza aydındır ki, Əsəd ailəsinin hakimiyyəti sona çatır".

Cənab Tillerson həmçinin ABŞ-ın Suriyaya qarşı qanadlı raket zərbələrinə bütün ölkələrin tam dəstəyini əldə edib.

ABŞ-ın müdafiə naziri James Mattis bildirib ki, Suriyanın hava bazasına raket hücumu zamanı hərbi aviasiyanın 20 faizi məhv edilib və ya zədələnib.

Cənab Tillerson-u Moskvada nə gözləyir?

Dövlət katibi rusiyalı həmkarı Sergey Lavrovla çərşənbə günü görüşəcək, lakin onun prezident Vladimir Putinlə görüşüb-görüşməyəcəyi bilinmir.

Cənab Tillerson-un səfərdin əvvəl hər iki tərəf mövqelərini yumuşaldıb. Moskva Washington-la "konstruktiv dialoq" qurmağa ümid bəslədiyini bəyan edib.

Hətta prezident Putin də Qərbin Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlara yönəltdiyi tənqidlərinin "getdikcə müsbət münasibətlərə dönəcəyinə" inandığını deyib.

O, həmçinin Birləşmiş Millətlər Təşkilatını (BMT) kimyəvi hücuma dair müstəqil təhqiqat keçirməyə çağırıb.

Fotonun müəllifi AFP
Image caption Xan Şeyxunda baş vermiş kimyəvi hücumdan sonra ABŞ Suriyanın hərbi hava bazasını bombalayıb

Associated Press xəbər agentliyi yüksək rütbəli ABŞ rəsmisinə istinadən bildirib ki, Rusiyanın idarə etdiyi dronun Xan Şeyxunda baş vermiş hücumdan sonra şəhərin üzərində uçması Rusiyanın hücum barədə məlumatı olduğunu sübut edir.

ABŞ inanır ki, kimyəvi hücumdan bir neçə saat sonra xəsarət alanlara tibbi yardım göstərən xəstəxananın havadan bombalanması baş verənləri ört-bastır etməyə cəhd olub.

Lakin BBC-nin Moskvadaki müxbiri Steve Rosenberg dialoq axtarışında olan cənab Tillersonun səfəri zamanı bu iddiaları təkrarlamasına böyük ehtimal olmadığını deyir.

Müxbir həmçinin prezident Vladimir Putinin müttəfiqi Bəşər əl-Əsədə verdiyi dəstəkdən geri dönməsinin mümkünsüz olduğun deyib.

Çərşənbə axşamı cənab Putin Suriya hökumətinin boynuna qoyulması üçün "qondarma kimyəvi hücumların" hazırlandığını iddia edib.

O, həmçinin ABŞ-ın yeni raket hücumları hazırladığı barədə məlumat aldığını bəyan edib, lakin bundan artıq məlumat paylaşmayıb.

Bu barədə daha geniş