ABŞ Ədliyyə Nazirliyi: Həbs edilən rusiyalı haker botnetləri idarə edir

Человек стоит у карты с изображением сети зараженных компьютеров Fotonun müəllifi AFP
Image caption ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, İspaniyada həbs olunan Pyotr Levaşev on min viruslu kompüterden botnetləri idarə edir

ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, İspaniyada həbs olunan Rusiya vətəndaşı Pyotr Levaşev Kelihos botnetlərini idarə edirmiş.

Məlumata görə, onminlərlə viruslu kompüterdən ibarət olan Kelihos şəbəkəsindən zərərli proqramların təmin olunmasında, spamların göndərilməsində və parolların oğurlanmasında istifadə olunur.

Spamhous beynəlxalq qeyri-kommersiya təşkilatı tərəfindən tərtib olunan böyük spamçıların reytinq cədvəlinə Pyotr Levaşev başçılıq edir.

Levashov həmçinin Peter Severa kimi də tanınır. Spamhouse onu dünyanın "spam kralı" adlanırır.

ABŞ rəhbərliyi ölkədə Kelihos şəbəkəsini təsirsiz hala gətirmək üçün Levaşevin həbsinə order çıxarıb.

Kelihos-un əvvəlki 3 versiyası təsirsiz hala gətirilsə də, hər dəfə şəbəkə yenidən bərpa olunaraq daha sabit olmağa nail olub.

Rusiyalı proqramçı Pyotr Levaşev aprelin 7-də Barselonada həbs olunub.

Levaşevin xanımının sözlərinə görə, o, ABŞ-da prezident seçkilərinə haker hücumlarında şübəli bilinir.

France-press agentliyi isə adı çəkilməyən mənbəyə istinadən Levaşevin başqa səbədən həbs olunduğunu yazıb.

Bu məlumatı həmçinin Reuters agentliyi ABŞ-ın Ədliyyə Nazirliyindəki gizli mənbəyə istinadən yayıb.

Hazırda Levaşev İspaniyadan ABŞ-a ekstradasiya edilməsi məsələsi ilə bağlı məhkəmə baxışını gözləyir.

Bu barədə daha geniş