Amnesty: dünyada edam ölümlərin sayı aşağı düşüb

Протест против смертной казни в Белоруссии Fotonun müəllifi AFP
Image caption Ölüm hökmü qüvvədə olan yeganə Avropa ölkəsi Belarusdur.

Amnesty International beynəxalq hüquq təşkilatının məlumatına görə, dünyada edam ölümlərinin sayı 2015-ci illə müqayisədə 2016-cı ildə 37 faiz aşağı düşüb.

Ötən il 1032 ölüm hökmu icra olunub. 2015-ci ildə bu rəqəm 1364 təşkil edib.

Edam hallarının aşağı düşməsi ilk növbədə İran və Pakistanın hesabına baş tutub.

Hesabat zamanı Çində həyata keçirilən ölüm hökmləri nəzərə alınmayıb, çünki bu ölkədə bununla bağlı dəqiq məlumat yoxdur.

Ehtimallara görə, Çində digər ölkələrdə həyata keçirilən ölüm hökmünün ümumi sayından daha çox insan edam edilib.

2006-cı ildən bu yana ilk dəfə olaraq 5 ölkə az saylı edam halları ilə siyahıyaya düşməyiblər.

Hazırda ölüm hökmü ən çox Çində, İranda (567 edam), Səudiyyə Ərəbistanda (154 edam), İraqda (88 edam) və Pakistandadır (87 edam).

Avropada və Mərkəzi Asiyada ölüm hökmü yalnız iki ölkədə - Belarusda və Qazaxıstanda qüvvədədir.

2016-cı ilin aprelində Belarus 17 aylıq fasilədən sonra ilk dəfə olaraq ölüm hökmünü həyata keçirib.

22 yaşlı Reçitsa sakini Serqey İvanov təcavüzdə və qətldə ittiham olunurdu.

2016-cı ildə həmçinin Fələstində, Botsvana və Nigeriyada uzun fasilədən sonra ölüm hökmü icra olunub. Hazırda 104 ölkədə ölüm hökmü ləğv edilib.

1997-ci ildə belə ölkələrin sayı 64 olub.

Bu barədə daha geniş