Sevgilisinə ayrılmaq istədiyini musiqi siyahısı ilə açıqladı

Playlist Fotonun müəllifi Twitter / errikkxa

Sevgilinizə ayrılmaq istədiyinizi söyləməyin bir çox yolu ola bilər.

Amerikada gənc bir qadın ayrılacağı sevgilisi üçün bir musiqi siyahısı hazırlamağa üstünlük verib.

Kirsten Titus adlı univertsitet tələbəsi sevgilisinə münasibətlərinin bitməsinə dair bir musiqi siyahısı hazırlayıb.

19 yaşlı qadın 20 yaşlı sevgilisi Wyatt Hall üçün hazırladığı "ayrılıq siyahısı"nda fərqli müğənnilərə və fəqrli üslubda olan 10 mahnıya yer ayırıb.

Müğənnilər arasında Ed Sheeran kimi məhşurlar da var. Mahnı adlarını sırayla birləşdirdiyində ortaya "Məni hələ də öpmək istəyirsənmi? Çünki mən başqa birini sevirəm deyəsən, amma dost qala bilərik" mesajı çıxıb.

Keçmiş sevgilidən bir mahnıyla cavab mesajı

Amerikanın Provo əyalətində eyni universitetdə oxuyan cütlüyün münasibətləri sadəcə bir ay davam edib.

Əslində musiqi siyahısının sosial şəbəkələrdə məhşur olması gözlənilmirdi.

Amma Kirsten-in kiçik qardaşı Erika musiqi platformasında bu siyahını görüncə onu Twitter hesabında paylaşıb.

Kirsten-in keçmiş sevgilisi Wyatt baş verənlərin məhşur olduğunu gördükdə cavab verməyi gecikdirməyib.

Sadəcə bir rep mahnısının olduğu siyahını paylaşan gənc keçmiş sevgilisinə bu yolla "səsini kəs" mesajını verib.