Özbəkistandan olan Stokholm şübhəlisi "etiraf edib"

Person of interest in Stockholm attack: a young, hooded man Fotonun müəllifi Swedish police
Image caption Şübhəlinin axtarışı zamanı polis bu şəkili paylaşmışdı

İsveçin paytaxtı Stokholmda keçən həfət baş vermiş yük maşını hücumunda şübhəli, Özbəkistan vətəndaşı Rahmat Oqilov, "terror cinayətinə" məsuliyyəti qəbul edib, onun vəkili deyib.

39 yaşlı Rahmat Oqilov etirafını Stokholmda keçirilən həbs qərarı barədə məhkəmə iclasında bəyan edib.

Cümə günü baş vermiş hücumda, yük maşınının şəhərin mərkəzində mağazaya sürülməsi nəticəsində 4 nəfər həyatını itirib. Vəziyyəti ağır olan iki nəfər daxil omaqla, hücumda bir neçə nəfər xəsarət alıb.

"O, terror cinayətini etiraf edir və bu səbəbdən saxlanılacağını qəbul edir", onun vəkili Johan Eriksson bildirib.

Oqilov məhkəməyə qandallı gətirilib.

Qapalı qapı arxasında keçirilən məhkəmə iclasında olan BBC müxbiri məhkəmənin mətbuat qalereyasının dolu olduğunu və məhkəmə ətrafında təhlükəsizliyin möhkəmləndirildiyini bildirib.

Məhkəmə iclası başlamadan əvvəl, hakim əyninə yaşıl paltar geyinən cənab Oqilovdan başına örtdüyü yaşıl parçanı götürməyi tələb edib.

Fotonun müəllifi Reuters
Image caption Məhkəmənin önünü qoruyan İsveç polis zabitləri

İsveç polisi, təhlükəsizlik xidmətinin cənab Oqilov barədə hücumdan əvvəl məlumatı olduğunu deyib.

Polis ona İsveçdə rezidentura üçün etdiyi müraciətin rədd edildiyini və özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya rəğbəti olduğunu bildirib.

Heç bir qrup hücuma məsuliyyəti qəbul etməyib.

Hücum yerindən qan və şüşə qırıntıları içində qaçdığı deyilən Oqilov, saatlar sonra Stokholmun şimali rayonunda saxlanılıb.

Məlumatlara görə, o, xaricdən pul qazanaraq Özbəkistandakı həyat yoldaşı və 4 uşağına göndərmək istəyirdi.

2014-cü ildə rezidentura üçün müraciət etdikdən sonra, 2016-cı ilin dekabr ayında ona "ölkəni tərk etmək üçün 4 həftə" verildiyi bildirilib, polis rəsmisi Jonas Hysing deyib.

Bundan sonra yoxa çıxan Oqilov, fevral ayında polisin axtarış siyahısına daxil edilib.

Hücum barədə fikirlərini paylaşan İsveç ədliyyə naziri Morgan Johansson ölkənin teror qanunlarını möhkəmləndirmək niyyətində olduğunu deyib.

AFP agentliyi ilə bazar ertəsi günü dərc edilən müsahibədə o, xüsusilə terrorun maliyyələşməsini hədəflədiyini və "konkret cinayətlə əlaqəsi olmayan, lakin özünü terrorizmə həsr edən" insanlar üçün həbs cəzalarını nəzərdən keçirdiyini bildirib.

Fotonun müəllifi Getty Images

Yük maşınının sahibi olan pivə şirkəti avtomobilin bir restorana pivə apararkən oğurlandığını deyib.

Şahidlər yük maşınının mərkəzi piyada keçid küçəsi Drottninggatan-la (Kraliça küçəsi) sürətlə sürərək insanları qəsdən vurduğunu bildiriblər.

Bundan sonra yük maşınının Ahlens mağazasının ön pəncərəsindən içəri girdiyi bildirilir.

Hadisədən sonra polis yük maşınında şübhəli cihaz aşkar edib.

Polis həmçinin işlə bağlı başqa bir şəxsi saxlayıb.

Polis hücumda ölən şəxslərin kimliyini bildirməsə də, onlar barədə bu məlumatı paylaşıb:

  • İki İsveç vətəndaşı - məlumatlara görə onlardan biri 11 yaşlı qızdır
  • Bir britaniyalı - ailəsi tərəfindən 41 yaşlı Chris Bevington olduğu deyilir
  • Belçikalı qadın - Belçika mətbuatının məlumatına görə 31 yaşlı psixoloq Mailys Dereymaeker

Bu barədə daha geniş