Mosul döyüşü: Tərk edilmiş şir və ayı zooparkdan xilas edilib

File photo from 28 March 2017 shows Lula, an abandoned bear, in a cage at a zoo in Mosul Fotonun müəllifi AFP
Image caption Fevral ayında aşkar edilən ayı Lula sətəlcəmdən əziyyət çəkirdi

Döyüş zonasına çevrilən Mosul şəhərinin zooparkının sağ qalan iki heyvanı qaldıqları dəhşətli şəraitdən xilas ediliblər.

Simba adlı şir və Lula adlı ayı fevral ayında şəhərdə yerləşən özəl zooparkda çirk içində olan qəfəslərində aşkar ediliblər.

Bazar ertəsi günü Four Paws (Dörd Pəncə) xeyriyyə təşkilatı onları xilas edərək İordaniyaya aparıb.

Hazırda İraq qoşunları özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı İraqda sonuncu dayağı olan Mosul şəhərindən çıxarmağa cəhd edirlər.

Altı aya yaxın davam edən döyüşlər nəticəsində çox sayda dinc sakin həyatını itirib və yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub.

Fotonun müəllifi AFP
Image caption Four Paws International təşkilatının İraq hakimiyyətindən lazımi sənədləri alması həftələrlə vaxt çəkib

Bu ilin əvvəli Mosulun şərqində gedən döyüşlər vaxtı Montazah əl-Morur zooparkı az qala məhv edilmişdi. Dişi şir, meymunlar və dovşanlar daxil olmaqla, heyvanlar ya öldürülüb ya da ki, aclıqdan ölüb.

Four Paws təşkilatının Mosul missiyasına rəhbərlik edən Misir əsilli avstriyalı Əmir Xəlil Simba və Lulanı ilk dəfə fevral ayında görəndə onların bir çox xəstəlikdən, aclıqdan və qayğısızlıqdan əziyyət çəkdiyini deyib.

Hər iki heyvanın dişləri pis vəziyyətdə idi, Lula sətəlcəmdən, Simba isə xəstə oynaqlardan əziyyət çəkirdi.

Növbəti ay, doktor Xəlil heyvanların xaricə aparlıması üçün lazımi sənədləri toplamağa başlayıb.

Lakin heyvanların çıxarılmasına yönələn ilk cəhd onları daşıyan yük maşınının keçid məntəqəsində saxlanılmasından sonra dayandırılıb.

Əlavə sənədlərin alınması üçün lazım olan 9 gün ərzində yolun kənarında saxlanılan yük maşınının içində qalmış Simbada nəfəs alma problemləri yaranıb.

Onları İordaniyaya aparan təyyarə qalxmadan əvvəl doktor Xəlil AFP xəbər agentliyinə "bu, heyvanlar üçün yeni bir başlanğıcdır" deyib.

"Onlar artıq bu müharibənin bir hissəsi olmağa məcbur deyillər".

Bu barədə daha geniş