Fransanın şimalında mühacirlərin məskunlaşdığı düşərgə yanıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Yanğın zamanı mühacirlərin məskunlaşdığı 300 yaşayış yeri dağılıb

Fransanın şimalında 1500 mühacirin yaşadığı düşərgə yanğın nəticəsində dağılıb. Yerli rəhbərliyin məlumatına görə, yanğın əfqanlarla kürdlər arasında dava gedən zaman başlayıb.

Yanğın nəticəsində 10 nəfər ziyan çəkib, daha 6 nəfər isə insident zamanı bıçaq yarası alıb.

"Yanğın nəticəsində bir ovuc küldən savayı heç nə qalmayıb"- deyə Nor departamentinin müdiri Michel Laland bildirib.

Təxliyə edilən mühacirlər müvəqqəti məskunlaşma mərkəzlərinə göndəriliblər.

"Artıq yaxınlıqdakı iki məktəb məskunlaşmaq üçün hazırdır. Onların əvvəl qaldıqları ərazidə çadırların qurulması artıq mümkün deyil". Laland belə deyib.

Fotonun müəllifi Reuters
Fotonun müəllifi AFP/Getty
Fotonun müəllifi AFP/Getty

Ötən ay yerli rəhbərlik intizamsızlıq üzündən düşərgənin ləğv ediləcəyini bəyan etmişdi.

Düşərgədə mühacirlər arasında davaların tez-tez olduğu bildirilir.

Fransanın şimal sahilləri Böyük Britaniyaya keçməyə cəhd göstərən mühacirlər üçün bir cazibə nöqtəsinə çevrilib.

Düşərgənin əhalisi ötən ilin oktyabr ayında Kaledəki "Cənqəllik" düşərgəsi məhv edildikdən sonra kəskin surətdə artıb.

Çoxlu sayda əfqanın düşərgədə məskunlaşması kürdlərlə olan gərginliyi daha da gücləndirib.

Məlumati France-press agentliyi məmurlara və şahidlərə istinadən yayıb.

Bu barədə daha geniş