Putin NATO üzvlərini “Çin oyuncaqları” adlandırıb

Владимир Путин Fotonun müəllifi AFP
Image caption Rusiya prezidenti bəyan edib ki, NATO üzvləri ABŞ-ın hava bazasına hücumlarından sonra "baş verənləri təhlil etmədən Çin oyuncaqları kimi başlarını yelləyirlər"

Rusiya prezidenti Vladimir Putin NATO üzvlərinin ABŞ-ın Suriya aviabazasına hücumlarına göstərdiyi münasibəti Çin oyuncaqları ilə müqayisə edib.

"NATO müttəfiqləri necə reaksiya verdilər? Hamı baş verənləri təhlil etmədən Çin oyuncaqları kimi reaksiya verir",- deyə "Mir" telekanalına müsahibə verən Putin belə deyib.

Onun sözlərinə görə Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə dair dəlil yoxdur.

"Amma beynəlxalq hüququn pozulması faktı var. Bu açıq-aydındır. BMT-nin Təhlükəsizlik Şurasının sanksiyası olmadan suveren ölkəyə hücum zərbələri endirlir."

Vladimir Putin bəyan edib ki, Rusiyanın və Suriyanın ünvanına ittihamları eşitmək onun üçün "çox darıxdırıcıdır".

O, növbəti dəfə Suriyanın İdlibdəki kimyəvi hücumlarda iştirak etmədiyini vurğulayıb.

"Bu məsələ ilə bağlı mən bizim gözəl yazarlarımız İlya İlf və Yevgeni Petrovu xatırlayıram. "Qızlar darıxdırıcıdır, biz bunları artıq görmüşük və izləmişik"",-deyə Putin deyib.

Aprel ayının əvvəlində İdlib vilayətinin Xan Şeyxun məntəqəsinə hava zərbələri endirirlib, nəticədə insanlar boğularaq həlak olublar. Ümumilikdə 90 nəfər həlak olub.

Qərb ölkələri Suriya prezidenti Bəşər Əsədi kimyəvi silahdan istifadə etməkdə ittiham etsə də Suriya bunu təkzib edir.

Suriyanın hücumlarına cavab olaraq ABŞ Suriyanın Şayrat hava bazasına raket zərbələri endirib.

Məlumata görə, Xan Şeyxun məntəqəsinə zərbə endirən təyyarələr həmin hava bazasından havaya qalxıb.

ABŞ isə Rusiyanın kimyəvi hücumların nəticələrini gizlətmək cəhdlərində iştirak etdiyini iddia edir.

Ağ evin fikrincə, Suriya və Rusiya yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyirlər. Bu barədə aprelin 11-də yayılan hesabatda bildirilib.

Bu barədə daha geniş