United Airlines-in baş direktoru təyyarədə baş verən insidentə görə üzr istədi

Пассажир в аэропорту Fotonun müəllifi Getty Images
Image caption United Airlines-in başçısı biletlərin həddən artıq satılğını görüncə bəzi sərnişinləri təyyarədən endirməyə məcbur olduqlarını bildirib

United Airlines ABŞ aviaşirkətinin başçısı Oskar Munoz sərnişinin təyyarədən zorla çıxarılması hadisəsinə görə üzr istəyib. Hadisə aprelin 10-da baş verib.

Reysə həddən artıq bilet satıldığına görə şirkət əməkdaşları 4 nəfərdən könüllü olaraq təyyarəni tərk etmələrini istəyib.

Kimsənin təyyarəni könüllü tərk etmədiyini görən şirkət meneceri təyyarəni tərk etməsi üçün sərnişinlər kompüter tərəfindən təsadüfi seçilib.

Lakin sərnişinlərdn biri etiraz etdiyinə görə, təhlükəsilik əməkdaşları onu təyyarədən sürüyə-sürüyə çıxarıblar.

Təyyarədəki sərnişinlər hadisəni videoya çəkiblər. Video internetdə geniş əks-səda doğuraraq insanların qəzəbinə səbəb olub.

Videoda sərnişinin sürüklənərək təyyarədən çıxarıldığı əks olunub. Digər videodakı görüntüdə isə üzü qan içində olan sərnişin "sadəcə məni öldürün" ifadələrini təkrarlayır.

Qalmaqalın fonunda şirkətin aksiyaları 4 faiz aşağı düşüb. Bir anda şirkətin ticari dəyəri 1 milyard dollar aşağı düşüb, lakin sonradan məzənnə bərabərləşdiyinə görə, nətiçədə düşmə nisbəti 1 faiz təşkil edib.

Şirkətin baş direktoru Oskar Munoz insidentlə bağlı video internetdə yayıldıqdan dərhal sonra hadisyə münasibət bildirmişdi.

O zaman baş direktor sərnişinin təyyarədən endirilməsinə məcbur qaldıqlarına görə, üzr istəmişdi.

Lakin onun bu bəyanatı sərnişinə güc tətbiq olunmasına dair açıqlama verməkdən yayınmaq kimi qəbul olunmuşdu.

Bu barədə daha geniş