Trump: Tillerson-un Moskvadakı görüşü gözlənildiyindən yaxşı keçib

Дональд Трамп
Image caption Trump bəyan edib ki, hazırda Rusiya ilə münasibətlər heç vaxt olmadığı qədər pisdir

"ABŞ dövlət katibi Rex Tillerson-un Rusiyaya rəsmi səfəri gözlənildiyindən yaxşı keçib". Bu bəyanatı ABŞ prezidenti Donald Trump NATO-nun baş katibi Jens Stoltenberg-lə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Hər şey kifayət qədər yaxşı keçib. Bəlkə də gözlənildiyindən də yaxşı keçib. Hazırda Rusiya və ABŞ " bir-birilə yola getmir". Rusiya ilə münasibətlərə gəldikdə isə biz yəqin ki, bu münasibətlərin tarixidəki ən aşağı səvyyəsindəyik. Putin Rusiya lideridir, Rusiya güclü ölkədir. ABŞ isə daha güclü ölkədir. Moskva ilə əməkdaşlığın necə getdiyini anlamaq üçün gözləmək lazımdır", - deyə Trump vurğulayıb.

Suriya və kimyəvi hücüm

Trump həmçinin növbəti dəfə Suriyada baş verən hadisələrə münasibətini bildirib. ABŞ prezidenti Rusiyanın kimyəvi hücumlardan əvvəlcədən xəbərdar olmasını fikirləşmək istəmədiyini vurğulayıb.

Aprelin əvvəlində İdlib vilayətinin Xan Şeyxun qəsəbəsinə hava zərbələri endirlib.

Hücumdan sonra insanlar boğularaq ölüblər. Ümumilikdə 90 nəfər həlak olub.

Qərb hücuma görə məsuliyyəti Suriya prezidenti Bəşər Əsədin daşıdığını bəyan edib.

Suriya rəhbərliyi isə kimyəvi silahdan istifadə etdiyini təkzib edir.

Baş verənlərdən sonra ABŞ Suriyanin Şəyrət aviabazasına raket zərbələri endirib.

Xan Şeyxun qəsəbəsinə hücum edən təyyarələrin bu aviabazadan havaya qalxdığı bildirlir.


Daha ətraflı oxuyun:


Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın hücumlarını beynəlxalq qanunvericiliyin pozulması və suveren dövlətə qarşı aqressiya adlandırıb.

"Mənim düzgün addım atdığımıza heç bir şübhəm yoxdur",- deyə Trump Suriyaya raket zərbələrini şərh edərkən bildirib.

Trump həmçinin mətbuat konfransında Suriyadakı vətəndaş müharibəsini dayandırmağın, terrorçuları məhv etməyin, qaçqınların evə dönməsinə şərait yaratmağın vaxtı çatdığını qeyd edib.

Trump NATO üzvlərinə kimyəvi hücumları sərt tənqid etdiklərinə görə minnətdarlıq da edib.

Stoltenberg isə Rusiya ilə razılığa gəlmək yollarının axtarılmasının vacibliyini əlavə edib.

Trump NATO üzvləri ilə əməkdaşlığın möhkəmləndirilməsi üzərində çalışacağını söyləyib.

Bir neçə ay əvvəl NATO-nu "köhnəlmiş" ittifaq adlandırdığını xatırladan Trump fikrini dəyişdiyini söyləyib.

"Mənim baş katiblə NATO-nun terrorla mübarizədə daha nələr edə biləcəyi barədə məhsuldar müzakirələrimiz oldu. Mən bu məsələ ilə bağlı çoxdan öz narazılığımı bildirmişdim, amma NATO dəyişib və həqiqətən terrorla mübarizə aparır", - deyən Trump artıq NATO-nu köhnəlmiş struktur hesab etmədiyini vurğulayıb.

Tillersonun Rusiyaya səfəri

Aprelin 12-də Moskvaya rəsmi səfərə gələn ABŞ dövlət katibi Rex Tillerson Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Serqey Lavrovla görüşüb.

Fotonun müəllifi AFP
Image caption Rex Tillerson və Sergey Lavrovun görüşündə əsas mövzu Suriyadakı müharibə olub

Görüş zamanı Suriyadakı müharibə, sanksiyalar və ikitərəfli məsələlər müzakirə olunub.

Tillerson və Lavrov Suriya məsələsini fərqli dəyərləndirsələr də, sərt danışmayıblar.

ABŞ dövlət katibi növbəti dəfə Suriya prezidenti Bəşər əl-Əsədin istefa verməyinin lazım olduğunu bəyan edib.

Lavrov isə Rusiyanın heç bir şəxsə məzənnə qoymadığını bildirib: "Nə Əsədə,nə də başqa birinə. Suriyalılar oturub danışmalıdırlar".

Tillerson müzakirələr zamanı İdlib vilayətindəki kimyəvi hücumların arxasında Bəşər əl-əl-Əsədin hakimiyyəti olduğunu birmənalı şəkildə bəyan edib. Lavrov isə Rusiyanın dəlil təqdim etməsini istədiyini söyləyib.

Aprelin 12-də Rusiya hökuməti növbəti dəfə BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnamə layihəsinə qadağa qoyub.

Layihəni Böyük Britaniya, ABŞ və Fransa təqdim edib.

Reuters agentliyinin məlumatına görə, layihə müəlifləri İdlib vilayətindəki kimyəvi hücumlara görə Bəşər əl-Əsədin məsuliyyət daşıdığını qeyd ediblər.

Sənəddə həmçinin Suriya rəhbərliyindən beynəlxalq tədqiqatçılara avia hücumlar barədə məlumatlara və "Şayrat" aviabazasına girişin təmin edilməsi tələb olunub.

Bu barədə daha geniş