Suriyanın 4 şəhərində təxliyə başladı

эвакуация в сирии Fotonun müəllifi Reuters
Image caption Ümumilikdə 4 şəhərdən 30 min sakinin təxliyə edilməsi planlaşdırılıb

Suriyanın mühasirədə olan 4 şəhərində təxliyə başlanıb. Təxliyə bir qədər əvvəl İranla Suriya müxalif qüvvələrini dəstəkləyən Qətər arasında əldə edilmiş razılaşmaya əsasən həyata keçirilir.

Şəhərlərdən ikisi - Kefrayu və Fuaadır.

Hazirda hökumət ordusunun nəzarətində olan bu şəhərlər silahlı qüvvələrdən azad edilir.

Şahidlərin söylədiyinə görə, insanları hökumətin nəzarətində olan ərazilərə 80 avtobusla təxliyə edəcəklər.

Digər iki şəhər - Madayya və Zabadani isə qıyamçı qüvvələrin nəzarətindədir və Suriya ordusu burdan çıxarılıb.

France-press agentliyinin məlumatına görə, bu iki şəhərdə təxliyə könüllü xarakter daşıyır. Arzu edənlər qala bilərlər.

Jurnalistlərin verdiyi məlumata görə, insanları Raşidin şəhəri istiqamətində aparmaq üçün 60 avtobus gəlib.

Təxliyə əməliyyatı bu gün səhər başlanıb. Ümumilikdə, 4 şəhərdən 30 min insanın təxliyə ediləcəyi gözlənilir.

Bu ilin mart ayında BMT bu 4 şəhərdə humanitar vəziyyətin acınacaqlı olduğunu bəyan etmişdi. Təşkilatın məlumatına görə, bu ərazilərdə 64 min dinc sakin yaşayır.

Əlaqəli mövzular

Bu barədə daha geniş