Trump-ın “qış sarayı”nın mətbəxi standartlara zidd çıxdı

Nəzarətçilərin gigiyenik olmadığını müəyyən etdiyi obyektdə Donald Trump Yaponiyanın baş naziri Sinzo Abe ilə yemək yeyib Fotonun müəllifi Getty Images
Image caption Nəzarətçilərin gigiyenik olmadığını müəyyən etdiyi obyektdə Donald Trump Yaponiyanın baş naziri Sinzo Abe ilə yemək yeyib

ABŞ prezidenti Donald Trump-ın Floridadakı "Qışlıq Ağ Evi" olaraq istifadə etdiyi Mar-a-Lago malikanəsinə baxş keçirən səhiyyə nümayəndələri mətbəxdə 10-dan artıq standart pozuntusu müəyyən ediblər.

13 pozuntu arasında xarab oluğu üçün ət və balıqları lazımlı soyuqluqda saxlamağı bacarmayan soyuducular da yer alıb.

Bir soyuducunun paslandığı, krantdan gələn suyun çalışanların əllərini təmiz edəcək dərəcədə qızmadığı aşkar edilib.

Fotonun müəllifi Getty Images

Yanvarın 26-da hazırlanan hesabata görə, mətbəxdə bişirilən balıqların parazitlərdən təmizlənməsi üçün lazım olan tədbirlər aparılmır.

Trump-ın xüsisi bir evə çevirdiyi malikanəyə girmək istəyənlər 200 min dollar üzvlük haqqı ödəməlidirlər.

Miami Herald qəzetinin yazdığına görə, əvvəllər Donald Trump mətbəxi ziyarət edərək hər şeyə özü nəzarət edirdi.

Qəzetin məlumatına görə, Mar-a-Lagoda ötən il 11, 2015-ci ildə isə 2 standart pozuntusu qeydə alınmışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş