ABŞ: Qızlarda sünnət əməliyyatı aparan həkimi ömürlük həbs cəzası gözləyir

Джумана Нагарвала Fotonun müəllifi Henry Ford Hospital
Image caption Prokurorların məlumatına görə, həkim Jumana Nagarwala 6-12 yaşlı qız uşaqlarının cinsiyyət orqanında əməliyyat aparıb.

ABŞ-ın Detroit xəstəxanalarından birində qız uşaqlarında sünnət əməliyyatını həyata keçirən həkimə qarşı cinayət işi qaldırılıb.

Bu ABŞ-da qeydə alınan ilk bənzər hadisədir.

Prokurorların məlumatına görə, həkim Jumana Nagarwala 6-12 yaşlı qız uşaqlarının cinsiyyət orqanında əməliyyat aparıb.

Jumana Nagarwala -nın günahı sübut edilərsə onu ömürlük həbs cəzası gözləyir.

Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, Nagarwala ittihamları rədd edir.

Qadın sünnəti 1996-cı ildə ABŞ-da qanunla qadağan edilib.

BMT-nin hesabatına görə, qadın sünnəti təcrübəsi ən çox Misir, Efiopiya və İndoneziyada yayılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş