Özbəkistan İsveçi basqınçı barədə "xəbərdar edib"

Person of interest in Stockholm attack: a young, hooded man Fotonun müəllifi Swedish police
Image caption Şübhəlinin axtarışı zamanı polis bu şəkili paylaşmışdı

Özbəkistan keçən həftə İsveçdə yük maşını ilə hücuma görə günahlandırılan şəxsin özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya üzv olduğu barədə xəbərdar etdiyini bəyan edib.

Özbəkistanını xarici işlər naziri Abdulaziz Kamilov, Rahmat Oqilovun 2014-cü ildə Özbəkistanı tərk etdikdən sonra İD-ə qoşulması barədə məlumatı "İsveç tərəfini məlumatlandırmaq üçün Qərb partnoylarımıza ötürmüşdük", deyib.

Özbəkistan hakimiyyəti belə kəşfiyyat məlumatlarını nadir hallarda paylaşır.

Rahmat Oqilov cinayəti yerinə yetirdiyini etiraf edib.

39 yaşlə cənab Oqilov Özbəkistanı 2014-cü ildə tərk edərək İsveçdə rezidentura üçün müraciət edib.

Lakin 2016-cı ilin dekabr ayında ona ölkəni tərk etmək üçün 4 həftə verildiyi bildirilib, polis deyib.

Bundan sonra yoxa çıxan Oqilov, fevral ayında polisin axtarış siyahısına daxil edilib.

Hücumdan bir neçə saat sonra həbs edilən cənab Oqilov çərşənbə axşamı günü keçirilən məhkəmədə "terror cinayətini" yerinə yetirdiyini etiraf edib.

Hücumda sveç paytaxtı Stokholmun əsas mərkəzi piyada keçid küçəsi Drottninggatan-la (Kraliça küçəsi) sürətlə sürülən yük maşını Ahlens mağazasının ön pəncərəsindən içəri girib. Nəticədə 4 nəfər həlak olub.

Cənab Kamilov mətbuat konfransında cənab Oqilovun "həmvətənlərini fəal şəkildə Suriyaya gedib İD üçüb döyüşməyə" çağırdığını deyib.

Bu çağırışları etmək üçün Oqilovun internet mesajlaşma xidmətlərindən istifadə etdiyi deyilir.

Fotonun müəllifi Getty Images
Image caption Hücum Stokholmun əsas piyada küçələrindən birində baş verib

Bundan əvvəl Özbəkistan təhlükəsizlik mənbəsi Reuters xəbər agentliyinə cənab Oqilovun Suriyaya səfər etməyə cəhd etdiyini deyib. Lakin İD-ə qoşulmaq istəyən Özbəkistan vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanaraq İsveçə geri göndərilib.

Heç bir qrup Stokholm hücumunun arxasında olduğunu etiraf etməyib.

Hücum yerindən qan və şüşə qırıntıları içində qaçdığı deyilən Oqilov, bir neçə saat sonra Stokholmun şimali rayonunda saxlanılıb.

Məlumatlara görə, o, Özbəkistanı tərk etdikdən sonra onun yoldaşı və 4 uşağı ölkədə qalıb.

Bu barədə daha geniş