Şimali Koreya "nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırdır"

Ким Чен Ын Fotonun müəllifi AFP

Şimali Koreya ABŞ tərəfindən nüvə hücumuna analoji zərbə ilə cavab verməyə hazırdır, Koreya Xalq Ordusunun vitse-marşalı Choe Ryong-Hae bəyan edib.

"Adi silahlarla müharibəyə adi silahlarla müharibə, nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırıq", KXDR-in banisi Kim Il-sung-un doğulmasının 105-ci ildönümünə həsr olunmuş paradda çıxış edən Choe Ryong-Hae bildirib.

Ballistik raketlər, sualtı qayıqların ən yeni nümunələri paradda nümayiş etdirilən hərbi texnika arasındadır.

Aprelin əvvəlində Trump bildirib ki, ABŞ hakimiyyəti Çinin yardımı olmadan da Şimali Koreya ilə "bacara bilər".

Bu barədə daha geniş