Ronaldo zorlamaya dair yazını "uydurma" adlandırıb

Cristiano Ronaldo Fotonun müəllifi AFP
Image caption Ronaldo əvvəllər də zorakılıq ittihamları ilə üzləşib.

Real Madrid-in və Portuqaliya yığmasının futbolçusu Cristiano Ronaldo Almaniyanın Der Spiegel jurnalının onun barəsində zorlama ittihamları ilə bağlı məqaləsini "jurnalist uydurması" adlandırıb.

Jurnal futbolçunun zorlama qurbanına külli miqdarda pul ödəməklə ittihamlardan qurtulduğunu yazıb.

Der Spiegel jurnalının cümə günü dərc etdiyi materialda iddia edilir ki, Cristiano Ronaldo 2009-cu ildə Las-Veqasda dincələrkən 20 yaşlı amerikalını "zorlayıb", sonra isə ona məhkəməyə müraciət etməməsi və hadisənin təfərrüatları yaymaması üçün 375 min dollar ödəyib.

Futbolçu jurnalı və müəllifləri araşdırmanın "imzasız sənədlərə əsaslanmasında" ittiham edib.

Ronaldonun meneceri Jorge Mendes bildirib ki, futbolçu nəşrə qarşı "imkanında olan bütün vasitələrdən istifadə etməklə" çıxış etmək niyyətindədir.

Nəşrin yazdığına görə, qız pul müqabilində Ronaldo ilə əlaqələrinə dəlalət edə biləcək bütün sənədləri məhv etməyi söz verib. Der Spiegel-in məlumatına görə, qız sazişin şərtlərini pozarsa, bütün məbləği futbolçuya geri qaytarmalıdır.

Ronaldo əvvəllər də zorakılıq ittihamları ilə üzləşib. 2005-ci ildə futbolçu iki qadının ittihamı ilə həbs edilib, lakin sonradan ona qarşı bütün ittihamlar ləğv edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş