Suriya münaqişəsi: Təxliyə karvanında partlayışda 112 ölü

Syrian children, wounded in a suicide car bombing that targeted their buses in Rashidin, west of Aleppo, as they were being evacuated from two besieged government-held towns of Fuaa and Kafraya during an evacuation deal between the regime and rebels, receive treatment at a hospital in the government-held part of Aleppo on April 15, 2017 Fotonun müəllifi AFP
Image caption Xəsarət alan uşaqlar Hələb şəhərində müalicə ediliblər

Suriyada mühasirəyə alınan şəhərləri təxliyə edən avtobusların yaxınlığında güclü bomba partladılması nəticəsində ən azı 112 nəfər ölüb, fəal qrupları bildirir.

Şənbə günü içində partlayıcı daşıyan avtomobil hökumətin nəzarəti altında olan şəhərlərdən təxliyəni həyata keçirən avtobus karvanının yaxınlığında partladılıb.

Birləşmiş Krallıqda mənzillənən Suriya İnsan Hüquqları Müşahidə qrupu bildirir ki, partlayışda təxliyə edilən dinc əhalidən 98 nəfər həyatını itirib. Bundan başqa ölənlərin arasında qıyamçı döyüşçülər və yardım işçilərinin də olduğu deyilir.

Məlumatlara görə, ölənlərin arasında uşaqlar da var.

Bir çox insan xəsarət alıb və ölülərin sayının artacağı gözlənilir, müşahidə qrupu bildirib.

Karvan Hələb şəhərinin yaxınlığında qiyamçı qüvvələrin nəzarəti altında olan ərazidə gözləyərkən baş vermiş partlayış avtobusları məhv edib və maşınları alovlandırıb.

Bazar günü Pasxa xütbəsində Papa Francis partlayışı "qaçqınlara qarşı şərəfsiz hücum" aldandırıb.

Fotonun müəllifi Reuters
Image caption Təxliyə edilənlər keçid mətəqəsində gözləməli olublar

Partlayış hökumətin nəzarətində olan Hələbdən qərbdə, təxliyə edilənlərin ötürülməsi üçün karvanının keçid məntəqəsində dayandığı zaman, yerli vaxtla təxminən saat 15:30 radələrində baş verib.

BBC-nin Yaxın Şərq müxbiri Lina Sinjab deyir ki, əvvəla hadisə yerinə yeməklə dolu bir maşın gələrək çips paylamağa başlayanda maşının ətrafına uşaqlar toplaşıb, lakin bu an maşın partlayıb.

Hökumətin icazəsi olmadan avtomobilin əraziyə necə daxil olduğu hələ də aydın deyil, o, bildirib.

Hökumət hücumun arxasında qıyamçıların olduğunu iddia etsə də, bunu əsaslandıran heç bir dəlil yoxdur.

Hazırda qıyamçılar tərəfdarlarının digər şəhərlərdən təxliyə edilməsini gözləyirlər və bu səbəbdən hücumun qıyamçılar tərəfindən planlaşdırılması onların maraqlarına zidd olardi, müxbir deyib.

Planlaşdırılmış təxliyə "dörd şəhər" adlı razılaşmanın bir hissəsi idi.

Plana əsasən hər iki tərəfin mühasirəsi altında olan şəhərlərdən dinc əhalinin çıxarılmasına icazə verilməldirir.

Plana daxil olan şəhərlər hökumətin nəzarətində olan və bu partlayışın baş verdiyi Foah və Kefraya və qıyamçıların nəzarətində olan Madaya və Zabadanidir.

Fotonun müəllifi Reuters
Image caption Partlayış baş verəndə hökumətin nəzarəti altında olan ərazilərə köçürülənlər qıyamçı döyüşçülər tərəfindən qorunurdu.

Qıyamçı qüvvələrin nəzarətində olan şəhərlərdən təxliyə edilən dinc əhaliyə qarşı qısas hücumları barədə qorxu yaransa da, təxliyə prosesi qısa fasilədən sonra davam edib.

Foah və Kefraya şəhərlərinin əhalisi əsasən şiədir və 2015-ci ilin mart ayından Əl-Qaidə ilə əlaqəsi olan sünni islamçı döyüşçülər tərəfindən mühasirəyə alınıb.

Madaya və Zabadani şəhərlərinin əhalisi isə əsasən sünnidir və 2015-ci ilin iyun ayından Suriya ordusu və Livanın şiə Hizbullah hərəkatının döyüşçüləri tərəfindən mühasirəyə alınıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş