Şimali Koreyanın raket sınağı uğursuz olub

What appeared to be new intercontinental ballistic missiles were paraded on Saturday Fotonun müəllifi Reuters
Image caption Şənbə günü Pxenyanda keçirilən hərbi paradda qitələrarası ballistik raketlər nümayiş etdirilib

Pxenyanın ABŞ-a xəbərdarlığının ardınca, Şimali Koreyanın sınaq raketi buraxıldıqdan dərhal sonra partlayaraq məhv olub, Cənubi Koreya və ABŞ hərbi rəsmiləri bildirib.

ABŞ raketin buraxıldıqdan bir neçə saniyə sonra partladığını deyib.

Uğursuz sınaqdan bir neçə saat əvvəl şimali Koreya keçirdiyi hərbi paradda uzaqmənzilli ballistik raketləri nümayiş etdirib.

İndiyədək Şimali Koreya BMT qətnamələrinə zidd olaraq 5 nüvə sınağı və bir neçə raket buraxılışı sınaqları keçirib.

Hadisə ABŞ vitse-prezidenti Mike Pence-in Cənubi Koreyaya səfəri ilə üst-üstə düşüb. Paytaxt Seulda vitse-prezidentin Cənubi Koreya ilə Şimali Koreyanını nüvə və raket proqramlarını müzakirə etməsi gözlənilir.

Cənab Pence-in Cənubi Koreyaya səfəri onun çoxdandır ki, planlaşdırılan Asiyaya 10 günlük səfərinin başlanğıc mərhələsidir. Cənab Pence bölgəyə ilk rəsmi səfərində ABŞ əsgərləri ilə Pasxa bayramını birlikdə qeyd edərək ABŞ-ın Cənubi Koreyaya dəstəyinin "heç vaxt indikindən güclü olmadığnı" deyib.

Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, "Şimali Koreya tipi bəlli olmayan raketi Sinpodan buraxaraq sınaq keçirməyə cəhd edib". Lakin nazirlik bu sınağın "uğursuz" olduğunu əlavə edib.

ABŞ Silahlı Qüvvələrinin Sakit Okean Qərargahı daha sonra uğursuz sınağın keçirilməsi barədə məlumatı təsdiqləyərək, Şimali Koreyaya məxsus olduğu düşünülən raketin buraxılışını və raketin uçuşuna nəzarət etdiyini bildirib.

"Raket demək olar ki, dərhal partlayıb", ABŞ donanmasının komandiri Dave Benham Reuters xəbər agentliyinə deyib.

Adı çəkilməyən bir ABŞ rəsmisi raketin qitələrarası ballistik raket olmasına ehtimalın az olduğunu deyib və əlavə edib ki, hadisə hələ də araşdırırlır.

Əlaqəli mövzular

Bu barədə daha geniş