Hemingway-in Marlene Dietrich-ə yazdığı sevgi məktubu auksionda satılacaq

Хемингуэй Fotonun müəllifi Getty Images
Image caption 1934-cü iləd tanış olan Hemingway və Dietriche 1961-ci ilə qədər, yazıçı vəfat edənə qədər məktublaşıblar.

Yazıçı Ernest Hemingway-in aktrisa Marlen Dietrich-ə sevgisini etiraf etdiyi məktub auksiona çıxarılıb.

30 min dollar məbləğində dəyərləndirilən məktub mayın 4-də New-York-un Swann qalareyasında satılacaq. Hemingway məktubu 1952-ci iin avqustunda Kubada yaşayan zaman göndərib.

Bu məktubdan bir il əvvəl isə aktrisa yazıçının şəklini başı ucunda saxladığını etiraf etmişdi.

1934-cü ildə taniş olan Hemingway və Dietrich mütəmadi olaraq məktublaşıblar.

Lakin buna baxmayaraq yazıçı və aktrisanın yaxın münasibətləri olmayıb.

Hemingway məktubunda bunu hər ikisinin "eyni anda ehtirasın qurbanı" olmamaları ilə izah edib.

Amma məktublarında yazıçı dəfələrlə aktrisaya sevgisini etiraf edib.

Hemingway məktubda xüsusilə bunları yazır : "Xahiş edirəm, bil ki mən həmişə səni sevirəm. Bəzən mən ürəyimin necə döyündüyünü unutduğum kimi səni də unuduram. Amma ürək həmişə döyünür ".

Məktubun sonunda "Sevgiylə, mister Papa" imzası qoyulub.

Hollivud ulduzunun və Nobel mükafatçısının yazışmalarının bir qismi arxivdə, bir qismi isə onalrın qohumlarında saxlanılır. Dietrich-in nəvələri son bir neçə il ərzində artıq aktrisanın yazıçıdan aldığı məktubları hərraca çıxarıblar.

Əlaqəli mövzular