ABŞ-ın vitse prezidenti Seulu istənilən vasitələrlə müdafiə edəcəyini vəd edib

Майк Пенс в окружении корейских военных в деревне Панмунджом Fotonun müəllifi AFP

ABŞ vitse prezidenti Michael Pence bəyan edib ki, rəsmi Washington Koreya Xalq Demokratik Respublikasına qarşı hadisələrin istənilən inkişafına hazırdır.

"Biz heç nəyi istisna etmirik və Cənubi Koreya xalqı ilə çiyin-çiyinə dayanmaqda davam edirik" -deyə Pence bildirb.

Bununla yanaşı vitse-prezidentin sözlərinə görə, ABŞ vəziyyətin nizamlanması üçün danışıqlar vasitəsilə sülh yollarından istifadə etməyə çalışır.

Pence bu bəyanatı Cənubi və Şimali Koreyanın sərhəddində verib.

Vitse-prezident Koreya yarımadasını ayıran demilitarizasiya bölgəsinin bilavasitə yaxınlığındakı ABŞ hərbçilərinin nəzarətində olan "Bonifas" komandanlığına səfər edib.

Rəsmi Washington-la Pxenyan arasında münasibətlər yazın gəlişindən sonra daha da gərginləşib.

Martın əvvəlində 4 raket buraxan KXDR bunu ABŞ-ın Yaponiyadakı hərbi bazasına zərbə məşqi adlandırmlışdı.

Raketlərin buraxılması beynəlxalq ictimaiyyətin narazılığına, ABŞ-ın qəzəbinə səbəb omuşdu.

Son günlər KXDR və ABŞ bir birinin ünvanına kəskin bəyanatlar səsləndiriblər.

Şimali Koreya ABŞ-ın mümkün nüvə zərbələrinə cavab zərbələrinin veriləcəyi barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Donald Trump isə öz növbəsində KXDR "problemini həll etməyi" vəd edərək Koreya yarımadasına donanma göndərib.

Bundan sonra KXDR uğursuzluqla nəticələnən daha bir raket buraxıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş