Tacikistan çobanın ölümünə görə özbəkləri günahlandırıb

Özbəksitanla Tacikistan arasında sərhədin uzunluğu 1161 km-dir Fotonun müəllifi Sergey Zhukov/TASS
Image caption Özbəksitanla Tacikistan arasında sərhədin uzunluğu 1161 km-dir

Özbəkistan sərhədçiləri Tacikistandan sərhədi keçmək istəyən çobanlara atəş açıblar: çobanlardan biri həlak olub.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin verdiyi məlumata görə hadisə Tacikstan ərazisində, Şulum yaşayış məntəqəsində baş verib.

Həlak olmuş çobanın Asliddin Şoimov olduğu bildirilir. Məlumata görə onun qardaşı da ağır yaralanıb.

"Atəş açandan sonra özbək sərhədçilər Şoimovun cəsədini Özbəkistana aparıblar", Tacikistan sərhədçilərinin rəsmi bəyanatında deyilir.

Bununla bağlı olaraq Tacikistan hökuməti Özbəksitan sərhədçilərini dövlət sərhədlərinə silahlı müdaxilədə günahlandırıblar.

Özbəksitan rəsmilərinin bildirdiyinə görə isə çobanlar sərhəd keşikçilərini təhqir ediblər və onlardan biri bıçaq çıxarıb.

"Onlar senzuradan kənar sözlər işlədiblər, sərhədçiləri təhrik ediblər", Özbəksitan sərhədçiləri bildirib.

Hər iki ölkə arasında münasibətlər siyasi səbəblərdən 1993-cü ildən bəri korlanıb.

Əlaqəli mövzular