Canlı, uzun və qara: Nəhəng "gəmi qurdu" Filippində aşkar edilib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Nəhəng "gəmi qurdunun" ilk canlı nümunəsi Filippində aşkar edilib

Alimlər ilk dəfə olaraq canlı nadir nəhəng "gəmi qurdlarını" Filippində aşkar ediblər.

Uzunluğu 1,5 metrə və diametri 6 santimetrə çata bilən bu ikitaylı molyusk barədə məlumat ilk dəfə ABŞ elmi jurnalında dərc edilib.

Nəhəng "gəmi qurdu" həyatını sərt çanağın içində keçirir.

"Gəmi qurdu"nun mövcud olması barədə illərlə şübhə olmasa da indiyədək alimlər canlı nümunə ələ keçirə bilməmişdilər.

Kuphus polythamia adını daşıyan bu molyusk dünyanın ən uzun ikitaylı molyusku sayılır, Proceedings of the National Academy of Sciences of the United States of America (PNAS) jurnalinda dərc edilən tapıntıda bildirilir.

Fotonun müəllifi PNAS.ORG
Image caption Nəhəng "gəmi qurdu" V hərfi ilə göstərilən ventildən istifadə edərək qidalanır. S hərfi ilə göstərilən quyruq sifonları dəniz suyunu sormaq və buraxmaq üçün istifadə edilir

Əlaqəli mövzular

Bu barədə daha geniş