Boston Marafonunun ilk qadın iştirakçısı 50 ildən sonra bir daha yarışıb

Katherine Switzer runs along a road in February 2017 in Wellington, New Zealand Fotonun müəllifi Hagen Hopkins
Image caption Xanım Switzer 40-dan çox yarışda iştirak edib

Boston Marafonunun başlanğıc xəttində ilk dəfə yerini alanda, Kathrine Switzer kişilər arasında keçirilən yarışın tək qadını idi.

O, bir neçə kilometr qaçdıqdan sonra yarış təşkilatçılarından biri onun üzərindəki nömrəni cırmağa cəhdi edib.

50 ildən sonra, 70 yaşlı xanım Switzer bir daha start xəttinə əvvəlki 261 nömrəsi ilə çıxıb.

Xanım Switzer artıq Boston Marafonunda 9 dəfə iştirak edib və New York Marafonunu qazanıb, karyerasında 40 marafon və digər yarışlarda iştirak edib.

Lakin onu ən çox tanıdan 1967-ci il Boston Marafonudur. Yarış zamanı marafon təşkilatçısı Jock Semple-ın onu güclə yarışdan çıxarma cəhdinin şəkilləri ona məşhurluq qazandırıb.

Bazar ertəsi üzərində 50 il əvvəlki nömrəni daşıyan xanım Switzer, Boston Marafonunu 44 dəqiqə və 31 saniyəyə başa vurub.

Lakin, bu dəfə o yarışda iştirak edən tək qadın olmayıb. Bu dəfə yarışda onun təsis etdiyi "Qorxusuz Boston Marafon Komandası"nın 261 üzvü də daxil olmaqla, 12,300-dən çox qadın iştirak edib.

Yarışdan sonra Facebook-da şərh yazan xanım Switzer bildirib: "50 il əvvəl olduğu kimi, mən yarışı başa vurdum. Biz qadınların həyatını dəşiymək üçün burdayıq..."

Əlaqəli mövzular

Bu barədə daha geniş