ABŞ iş vizalarının verilməsini nəzərdən keçirir

Pasport nəzarəti Fotonun müəllifi Getty Images
Image caption 2016-cı ildə iş vizasına 236 min adam müraciət edib

ABŞ prezidenti Donald Trump yüksək ixtisaslı xarici vətəndaşların işə götürülməsində istifadə olunan müvəqqəti iş vizası proqramlarının nəzərdən keçirilməsi barədə sərəncam imzalayıb.

Trump "Buy America, Hire America" (Amerika malını al, amerikalını işə götür) kimi məhşur olan sərəncamı ABŞ-ın Wisconsin ştatındakı zavoda səfəri zamanı imzalayıb.

Seçkiqabağı "America First" (Amerika hər şeydən irəlidir) kampaniyası zamanı Trump H-1B müvəqqəti iş vizasının verilməsi proqramının tamamilə ləğv ediləcəyini vəd etmişdi.

"Biz bu tədbirləri görməklə dünyaya güclü messaj yollayırıq ki, biz öz işçilərimizi müdafiə edirik, iş yerlərimizi qoruyuruq və nəhayət Amerikanı birinci yerə çıxardacayıq", - deyə Trump bildirmişdi.

İki amerikalı məmurun BBC-yə verdiyi açıqlamaya görə, prezident administrasiyasının məqsədi belə vizaların yalnız yüksək ixtisaslı əməkdaşlara veriləcəyinə əmin olmaqdır.

Trump-ın xanımı Melania model karyerasını qurmaq üçün Amerikaya məhz H-1B vizası ilə gəlib.

Əlaqəli mövzular

Bu barədə daha geniş