Pakistan məhkəməsi: Nəvaz Şərifi kənarlaşdırmaq üçün "dəlil yoxdur"

Navaz Şərif Fotonun müəllifi Reuters
Image caption Navaz Şərif və onun ailəsi iddiaları rədd edirlər

Pakistanın Ali Məhkəməsi korrupsiya iddiaları ilə bağlı baş nazir Nəvaz Şərifi vəzifəsindən kənarlaşdırmaq üçün kifayət qədər dəlillərin olmadığını bildirib.

Prezident ailəsinin biznesilə bağlı suallar onun uç uşağının adının ofşor hesabları ilə bağlı hallandırılmasından sonra peyda olub.

Cənab Şərif və onun ailə üzvləri Panama Sənədlərində göstərilən iddiaları siyasi motivli adlandıraraq rədd edib.

Hökumət məhkəmədən əvvəl bildirib ki, cənab Şərifə qarşı ittihamlar təsdiqini tapmayacaq.

Son aylar ərzində işlə bağlı xəbərlər geniş işıqlandırılıb.

Cümə axşamı günü hökmün çıxarılacağı barədə xəbərdən sonra birjalarda qısa müddətli eniş müşahidə olunub.



Ötən ay müxalifət lideri İmran Xanın küçə etirazları çağıracağı barədə xəbərdarlığı ardınca Ali Məhkəmə ofşor hesablarına dair iddialara nəzər salacağını elan etdi.

Məhkəmə Londonda daşınmaz əmlakın alınması ilə əlaqədar iddiaları araşdırır.

Fotonun müəllifi Getty Images
Image caption Məryəm Nəvaz Şərif atasının ən yaxın müşaviri tanınır

Cənab Şərif mülkiyyətin qanuni yolla alındığını bildirir.

Lakin onun opponentləri baş naziri ofşor hesabları vasitəsilə vergidən yayınmaq və qanunsuz əldə edilmiş pulların yuyulmasında ittiham edirlər.

Panama Sənədləri Panamada mənzillənən Mossack Fonseca hüquq şirkətindən sızan 11 milyon məxfi sənəddən ibarətdir.

İddia edilir ki, sənədlərdə zənginlərin, siyasi və biznes elitanın ofşor maliyyə fəaliyyəti əks olunur.

Ofşor şirkətləri qanuni olsa da onlardan tez-tez sərvətin həqiqi sahiblərini göstərməmək və vergidən yayınmaq üçün istifadə olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş