Britaniya polisinə terrorçu-sürücülərə atəş açmaq icazəsi verilib

Silahlı polis Fotonun müəllifi Getty Images

Britaniya polisi sakinlərə qarşı avtomobil hücumunun qarşısını almaq üçün sürücüyə atəş aça bilər, silahlı polis qüvvələrinin nümayəndəsi deyib.

Britaniya Polis Rəisləri Şurasının baş müşaviri Simon Chesterman-ın sözlərinə görə əvvəl əlavə təhlükə yaratmamaq üçün hərəkət edən nəqliyyat vasitələrinə atəş açmağa icazə verilmirdi.

Lakin yük maşını ilə həyata keçirilən London, Nitsa və Berlin hücumlarından sonra polis bu sahədə dəyişiklik etmək qərarına gəlib.

Nəqliyyat vasitəsinə açılan atəş vaxtı avtomobilə dəyən güllələr istiqamətini dəyişərək ətrafdakıların həyatına risk yarada bilər.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Britaniya parlamentində hücumdan sonra təcili yardım xidmətlərinin tədbirləri
Image caption Mart ayında Londonda törədilən hücum vaxtı maşından istifadə edilmişdi.

"Sürücüyə atəş açmaq"

"Son zamanlar minik və yük maşınlarının istifadəsilə həyata keçirilən dəhşətli [hücum] taktikasının şahidi olduq", - Simon Chesterman deyib.

"Xüsusilə də yük maşını öncədən silah kimi istifadə olunursa onu dayandırmaq üçün üsulların sayı o qədər də çox deyil. Onun qabağına başqa bir maşın sürməklə hücumun qarşısını almaq mümkün deyil. Yeganə yol atəş açıb sürücünü vurmaqdır".

Polis nümayəndəsi hücum hallarında hüquq-mühafizə orqanlarının daha aqressiv hərəkət edəcəyini bildirib.

Belə ki, indiyədək polis "müəyyən et, mühasirəyə al, neytrallaşdır" əmri üzrə hərəkət edib.

Bundan sonra is o, "müəyyən et və müqavimət göstər" prinsipini rəhbər tutacaq.

Bu barədə daha geniş