Arkanzas ştatı: son 12 ildə ilk edam hökmü icra olunub

Edam yatağı Fotonun müəllifi AFP
Image caption Arkanzas Ali Məhkəməsinin qəbul etdiyi qərar ştat hakimiyyətinə ardıcıl ölüm hökmlərini icra etməyə icazə verir

Arkanzas ştatında qətldə ittiham olunan Ledell Lee edam edilib. Edam hökmü ştatın Ali Məhkəməsi tərəfindən çıxarılan təkrar qərardan dərhal sonra həyata keçirilib.

Əvvəlki qərar ölümcül inyeksiyanın yeridilməsini qadağan edirdi. Bu son 12 il ərzində ştatda gözlənilən edam seriyalarından biridir.

Ştat rəhbərliyi əvvəlcə inyeksiyalarda istifadə edilən maddənin istifadə müddətinin bitmək üzrə olduğu üçün 11 gün ərzində 8 nəfəri edam etməyi planlaşdırırdı.

Lakin hüquq müdafiəciləri buna mane olublar.

Ledell Li qonşusu Debra Reese-i boğaraq qətlə yetirib. Arkanzasda edam hökmü 12 il əvvəl icra olunub.

Bu ayın sonuna qədər ştatda daha 4 nəfər məhkum edam ediləcək. Məhkumların vəkillərinin fikrincə, ştat hakimiyyəti ABŞ kontitusiyasını pozur.

Arkanzas qubernatoru həbsxana rəhbərliyinin ölüm hökmünü göstərilən müddət ərzində icra etməyə hazır olduğunuı bildirib.

"Mənim seçicilərim, andım və böyük qüvvə olan Allah qarşısında da məsuliyyətim var və mən bunu anlayıram ", - deyə qubernator bildirib.

Son illər bəzi ştatlar ölümcül inyeksiyalarda istifadə olunan maddələrin çatışmazlığı ilə qarşılaşıb.

Buna səbəb isə ölüm hökmünə qarşı çıxan Avropa istehsalçılarının bu maddələrin ABŞ-a ixracatının dayandırılmasıdır.