Mosul: 3 illik fasilə ardınca skripka konserti
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Mosul: 3 illik fasilədən sonra skripka konserti

28 yaşlı skripkaçı özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan azad edilmiş Mosulda ilk açıq konsertini verib.

Əmin Muxdad müsəlman və xristianların müqəddəs saydığı ərazidə çıxış edib.

Böyüklüyünə görə İraqın ikinci şəhəri olan Mosul təxminən 3 il İD nəzarətində qalıb.

Bu müddət ərzində şəhərdə musiqi çıxışları, əyləncə və mobil telefondan istifadəyə qadağa qoyulmuşdu.

Əmin Muxdad-ın dediyinə görə onun konserti şəhərin yenidən normal həyata qayıtdığını göstərməlidir.

Skripkaçının çıxışını 20-dək adam izləyib.