Microsoftun təsisçisi Bill Gates-in ailəsində texnologiyaya məhdudiyyət

Bill Gates Fotonun müəllifi Reuters

Microsoft şirkətinin təsisçisi uşaqlarının texnologiyadan istifadəsini məhdudlaşdırdığını deyib.

Bu barədə Bill Gates Britaniyanın Daily Mirror qəzetinə bildirib.

O deyib ki, 14 yaşına qədər uşaqlarına mobil telefon sahibi olmağa icazə verməyib.

Bu arada uşaqları daha erkən telefon alan dostlarını misal çəkərək şikayətləniblər.

Dünyanın ən zəngin insanlarından olan Gates, evində cihazların istifadəsiylə bağlı sərt qaydaların olduğunu deyib.

Microsoft təsisçisinin 20, 17 və 14 yaşlarında üç uşağı var.

"Evdə yemək yeyərkən masada mobil telefonlara icazə vermirik", - Bill Gates deyib.

Uşaqlarıyla yaxşı vaxt keçirmənin əhəmiyyəti barədə danışan Gates, səadət mənbəyinin sərvət deyil, xanımı Melinda olduğunu qeyd edib.

Apple şirkətinin qurucusu Steve Jobs-un Gates-ə bənzər yanaşması ilə tanındığı məlumdur.

"iPad istifadə etmədilər. Evdə uşaqlarımızın nə qədər texnologiya istifadə edəcəklərinə məhdudiyyət tətbiq edirik", - Jobs, iPad-ın təqdimatından sonra jurnalistlərə demişldi.

Steve Jobsun bioqrafiyasını yazan Walter Isaacson deyir ki, "hər axşam Stevenin mətbəxdəki böyük masasında yemək yeyilərkən kitablar, tarix və bir çox mövzuya toxunulurdu. Kimsə iPad ya da kompüter istifadə etməzdi".

Əlaqəli mövzular

Bu barədə daha geniş