Fransa: Prezidentliyə əsas namizədlər kimdir?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Fransa: Prezidentliyə əsas namizədlər kimdir?

Aprelin 23-də Fransada prezident seçkiləri keçirilir. Siyasi rəqabətə 11 namizəd qatılıb.

Hazırkı prezident, sosialist François Hollande ikinci müddət uğrunda mübarizəyə qatılmayıb.

Belə bir hal ölkənin müasir tarixində ilk dəfədir ki, baş verir.

Rəy sorğularına görə əsas mübarizə 4 nəfər arasında aparılacaq.

Böyük bir ehtimalla onlardan heç biri ilk turda səslərin yarısından çoxunu qazana bilməyəcək.

Belə bir təqdirdə ən çox səs yığmış iki namizəd mayın 7-də keçiriləcək ikinci dövrəyə qatılmalı olacaq.

Əlaqəli mövzular