Almaniya: İmmiqrasiya əleyhinə qurultayda toquşmalar
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Almaniya: İmmiqrasiya əleyhinə partiyanın qurultayından əvvəl toqquşmalar

Almaniyanın Köln şəhərində solçu etirazçıların İslam və immiqrasiya əleyhinə aksiyaları ilə tanınan sağ təmayüllü AfD partiyasının yığıncağına müdaxiləsi qarşıdurma ilə nəticələnib.

Tədbirin keçirildiyi otelə girişi bağlamaq cəhdinin qarşısını alan asayiş qüvvələrilə solçular arasında toqquşma vaxtı iki nəfərin xəsarət aldığı bildirilir.

AfD əleyhdarları "Nasizmə yox!" şüarlarını səsləndiriblər.

Solçu aksiyasında iştirak etmək üçün şəhərə 50 min fəalın axışdığı güman edilir.

Onların arasında “minlərlə solçu ekstremist” var, polis bildirir.

Asayişi qorumaq məqsədilə şəhərin mərkəzinə 4 min polis göndərilib.

AfD partiyası 4 il əvvəl təsis olunub. O, miqrasiyanın azaldılması və ölkənin Aİ-dən çıxmasına səsləyir.

Almaniyanın siyasi qüvvələri sentyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır.

Əlaqəli mövzular