Fransada seçkilər: Emmanuel Macron və Marin Le Pen ikinci turda mübarizə aparacaq

Emmanuel Macron Fotonun müəllifi Getty Images

Fransa prezident seçkilərinin ilk turunda 23,75 faiz səslə mərkəzçi Emmanuel Macron qalib gəlib, ifrat sağçı Marin Le Pen isə səslərin 21,53 faizini qazanıb.

Fransanın yeni prezidenti mayın 7-də baş tutacaq seçkilərin ikinci turunda müəyyənləşəcək.

Keçmiş bankir olan cənab Macron heç vaxt seçki kampaniyasına qatılmayıb. Seçiləcəyi halda o, Fransanın ən gənc prezidenti olacaq.

Fransanın hazırkı prezidenti François Hollande cənab Macron-a qeyri-rəsmi olaraq telefon zəngi edərək onu təbrik edib.

Uduzan namizədlər də ikinci turda ona səs verməyə çağırış ediblər. Almaniya kansleri Angela Merkel və Avropa Komissiyasının sədri Jean-Claude Juncker də cənab Macron-a dəstək verib.

Beşinci respublikanın tarixində ilk dəfə (1958-ci ildən etibarən) nə sosialist, nə də sağçı-mərkəzçi namizəd seçkilərin ikinci mərhələsinə keçməyib.

Səsvermə zamanı "Respublikaçılar" partiyasının namizədi, keçmiş baş nazir François Fillon səslərin 19,91 faizini, "İtaətsiz Fransa" hərəkatının lideri, ifrat solçu Jean-Luc Mélenchon isə 19,64 faizini toplayıb.

İkinci tura çıxan namizədlər tamamilə zidd nəzər nöqtəsinə malikdirlər. Emmanuel Macron azad beynəlxalq ticarət və Avropa İttifaqı uğrunda çıxış edir, Marin le Pen isə qloballaşma əleyhinədir və Fransanın Avropa İttifaqından çıxması məsələsilə bağlı referendum keçirmək istəyir.

Fotonun müəllifi AFP / Getty Images
Image caption Ölkə üzrə təxminən 50 min polis və 7 min əsgər seçki məntəqələrində təhlükəsizliyi təmin etmək üçün vəzifə başındadır.

Səsvermə necə keçib?

Ötən gün yerli vaxtla saat 17:00-da seçici fəallığı 69.5 faiz olub. Lakin namizədlər arasında fərq azlığı proqnozları çətinləşdirir.

Səsvermə zamanı ölkə üzrə təxminən 50 min polis və 7 min əsgər seçki məntəqələrində təhlükəsizliyi təmin etmək üçün xidmət başında olub.

Seçkilərdə ifrat sağçılardan tutmuş ifrat solçulara qədər müxtəlif partiyaları təmsil edən 11 namizəd ölkənin növbəti prezidenti olmaq uğrunda mübarizə aparıb.


Həmçinin oxu:


Aprelin 23-də Fransada seçki məntəqələri yerli vaxtla saat 8:00-də açılıb, lakin xaricdə yerləşən bəzi məntəqələrdə səsvermə şənbə günü başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq və ilkin proqnozlar bundan qısa müddət sonra bəyan ediləcək.

Sorğulara əsasən, 4 namizəd irəlidə olub: mühafizəkar François Fillon, ifrat sağçı Marine Le Pen, liberal Emmanuel Macron və ifrat solçu Jean-Luc Mélenchon.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Fransa: Prezidentliyə əsas namizədlər kimdir?

Namizədlər Avropa, immiqrasiya, iqtisadiyyat və fransız kimliyi barədə dərindən fərqlənən mövqelərə sahibdirlər.

Üç gün əvvəl keçmişdə cinayətə görə məhküm edilmiş Karim Cheurfinin Parisin mərkəzində polis zabitini başından güllələməsindən sonra seçki üçün əlavə təhlükəsizlik tədbirləri təşkil edilib.

Hücumdan sonra təhlükəsizlik qüvvələri tərəfindən öldürülən Cheurfi-nin yanında özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı müdafiə edən sənəd tapılıb.

Seçki kampaniyası ərəfəsində milli təhlükəsizlik əsas müzakirə mövzularından biri olub. Lakin namizədlər bu hadisədən siyasi üstünlük qazanmağa cəhd etməkdə ittiham ediliblər.

Rəy sorğusu nəticələrində namizədlərə dəstək bir-birinə yaxın olduğuna görə dəqiq proqnozlar olmayıb.

Fotonun müəllifi Reuters
Image caption New York-da yerləşən Fransa konsulluğu kimi xaricdə yerləşən seçicilərin bəzilər artıq səs veriblər.

Seçki zamanı heç bir namizədin ilkin mərhələdə birbaşa qalib olmaq üçün tələb edilən səslərin 50 faizindən çoxunu yığması gözlənilməyib.

Seçkinin ikinci mərhələsi mayın 7-də iki ən çox səs yığmış namizəd arasında keçiriləcək.

Öndə olan namizədlərdən yalnız cənab Fillon hakimiyyət təcrübəsi olan siyasi partiyanı təmsil edir.

Hazırkı prezidentin sosialist partiyasının namizədi, Benoît Hamon-un qazanmasına böyük ehtimal yoxdur.

Fransanını müasir tarixində bir ilk olaraq, qeyri-populyar prezident François Hollande ikinci prezidentlik müddəti üçün namizədliyini irəli sürməyib.

Kim qalib gələ bilər?

Müxbirlər deyirlər ki, cənab Macron-un böyük ehtimalla növbəti prezident olma şansı var, çünki bir çox partiyalar onun arxasında dayanır.

Hərçənd ki, cənab Macron-un arxasında təməlli siyasi partiya olmadığından milli assambleyanın əksər dəstəyini əldə etməyə çətinlik çəkə bilər.

Bu o deməkdir ki, o öz siyasi təkliflərini parlament vasitəsilə təsdiqlətməlidir - bu isə çətin ola bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş