Əfqanıstan: Taliban hücumundan sonra müdafiə naziri istefa verib

Афганские солдаты у ворот базы после нападения Fotonun müəllifi Reuters
Image caption Əfqanıstan hərbçiləri hücumdan sonra hərbi bazanın darvazası qarşısında

Əfqanıstanda müdafiə naziri və Baş Hərbi Qərargahın rəhbəri onlarla hərbçinin həlak olmasına səbəb olmuş Talibanın hücumundan sonra istefa veriblər.

Əfqanıstanda yerli hakimiyyət rəsmilərinin ehtimallarına görə, cümə günü taliblərin Məzari-Şərifdəki hərbi bazaya hücumu zamanı 200 nəfər həlak olub.

Yerli administrasiya rəsmiləri bu məlumatı anonim olaraq bildiriblər.

Lakin şahidlərdən biri BBC-yə verdiyi açıqlamada döyüş yerində 165 cəsədi saydığını söyləyib.

Əfqanıstan Müdafiə Nazirliyi hücum zamanı nə qədər hərbçinin həlak olması barədə rəsmi məlumat verməsə də, həlak olanların və yaralıların sayının 120-dən artıq olduğunu qeyd edib.

Hücum edərkən Taliban döyüşçüləri hökumət ordusunun formasını geyiniblər.

Hücum əməliyyatı əsgərlər cümə günü məsciddən çıxan zaman baş tutub.

Döyüşçülər həmçinin yeməkxanada olan əsgərləri də öldürüblər.

Talibançılar hərbi bazanın xarici çevrəsini dağıtmaq üçün özünü partladan intiharçıdan istifadə etdiklərini bəyan ediblər.

Bazar günü Əfqanıstanda matəm elan olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş