Şimali Koreya: ABŞ gəmisini tək həmlədə batıra bilərik

USS Carl Vinson Fotonun müəllifi AFP

Şimali Koreya ABŞ-ın Koreya yarımadasına doğru irəliləyən aviadaşıyıcı gəmisini batırmaqla hədələyib.

Şimali Koreyanın dövlət mətbuat orqanı olan "Rodong Sinmun" qəzetində dərc edilən məqalədə USS Carl Vinson aviadaşıyıcı gəmisinin "tək həmlədə batırıla biləcəyi" iddia edilib.

Carl Vinson gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu bu həftə ərzində Cənubi Koreyaya çatacağı gözlənilir.

Fotonun müəllifi AFP

Aviadaşıyıcı zərbə qrupu ABŞ prezidenti Donald Trump-ın əmriylə yola çıxıb.

Trump administrasiyası Şimali Koreyanın ardıcıl raket sınaqlarının qarşısında "strateji səbrinin" tükəndiyini bəyan etmişdi.

"İnqilabi qüvvələrimiz döyüşə hazırdır. ABŞ-ın nüvə gəmisini tək həmlədə batıra biləcək bir bacarığa sahibik. Bu iyrənc heyvana ediləcək hücum ordumuzun gücünü göstərəcəkdir",- deyə Rodong Sinmun qəzetindəki məqalədə deyilir.

Dövlətin nəzarətində olan digər Şimali Koreya qəzeti Minju Joson-da buna bənzər yazı yer alıb.

Yazıda "Ordumuz düşmənlərə ciddi zərbələr endirərək onların qarşısını alacaqdır" deyə qeyd olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş