ABŞ sualtı qayığı Cənubi Koreya sahillərindədir

Michigan Fotonun müəllifi Reuters
Image caption Michigan sualtı qayığı Busan portunda gəlib

Şimali Koreyanın yeni raket və nüvə silahının sınaqları ilə bağlı narahatlıqların mövcudluğu fonunda ABŞ-ın sualtı qayığı Cənubi Koreya sahillərinə gəlib.

Michigan gəmisi Carl Vinson təyyarədaşıyıcı başda olmaqla bölgəyə göndərilmiş ABŞ donanmasına qoşulub.

Çərşənbə axşamı günü Şimali Koreya öz ordusunun yaradılmasının 85-ci ildönümünü qeyd edir.

Adətən bu günlərdə raket sınaqları həyata keçirilir.

Son həftələr ərzində ABŞ və Şimali Koreya arasında sərt bəyanatların mübadiləsi gərginliyin artmasına səbəb olub.

Çərşənbə günü ABŞ Senat üzvləri tam tərkibdə Ağ Evdə Şimali Koreya mövzusundakı keçiriləcək brifinqə dəvət olunub. Bu, qeyri-adı hal sayılır.

Michigan atom sualtı qayığı 154 Tomahawk raketini daşıyır, Cənubi Koreyanın Chosun Ilbo qəzeti xəbər verir.

Pxenyan, qəzəbli reaksiyasında "ABŞ aqressiyasına olduqca güclü önləyici zərbə" ilə cavab verəcəyini bəyan edib.

Fotonun müəllifi Reuters
Image caption Şimali Koreya ordusunun 85-ci ildönümü ilə bağlı təntənələr keçirilir

Təhlil: Stephen Evans, BBC News, Seul

Şimali Koreya böhranı bir neçə istiqamətdə inkişaf edir.

ABŞ hərbi sualtı qayığının Cənubi Koreya limanında lövbər salması adi bir haldır. Lakin artan gərginliyə görə buna xüsusi əhəmiyyət verilir.

Boyun əyməyən Pxenyan, hətta Çinin ünvanına xəbərdarlıqla çıxış edib. O bildirir ki, Çinin ABŞ-a güzəştə getməsinin nəticələri "fəlakətli" ola bilər.

Tokioda görüşən Cənubi Koreya, ABŞ və Yaponiya nümayəndələri böhrandan çıxış yollarını müzakirə edirlər.

Bundan əvvəl prezident Trump-ın siyasi sələfinə bildirilib ki, həmləyə məruz qalan Pxenyan Seul-a zərbələrlə cavab verə bilər. Ekspertlərdən biri belə həmlənin ilk gündə onminlərlə insan ölümü ilə nəticələnəciyini proqnozlaşdırıb.

Prezident Trump hesab edə bilər ki, Şimali Koreyanın nüvə silahına sahib olmaq təhlükəsi bu riskə bəraət qazandırır.

Fotonun müəllifi Reuters
Image caption Michigan gəmisi Carl Vinson təyyarədaşıyıcı başda olmaqla bölgəyə göndərilmiş ABŞ donanmasına qoşulub

Michigan sualtı qayığının bölgəyə güc nümayişi kimi göndərilən ABŞ gəmilərinin hərbi manevrlərində iştirakı gözlənilir.

Aprelin əvvəlində prezident Donald Trump bölgəyə "təyyarə daşıyıcısından dəfərlərlə daha güclü olan sualtı qayığı"nı göndərdiyini bəyan etmişdi.

Çin, tərəfləri gərginliyi daha da artıran addımlardan yayınmağa səsləyib.

Bu barədə daha geniş