Elton John xəstəliyə görə konsertlərini təxirə salıb

Elton John Fotonun müəllifi Getty Images

Böyük Britaniya musiqiçisi Elton John xəstəlik ucbatından ABŞ-dakı silsilə konsertlərini təxirə salmağa məcbur olub.

Çilidən Böyük Britaniyaya qayıdan zaman bakterial infeksiya diaqnozu qoyulan müğənni intensiv terapiya şöbəsində iki gün müalicə olunub.

Aprelin 22-də xəstəxanadan evə buraxılan Elton John hazırda evdə müalicəni davam etdirir.

Las-Vegas və California-dakı konsertlər də daxil olmaqla mayın 6-na kimi nəzərdə tutulan bütün çıxışlar təxirə salınıb.

"Mən xoşbəxtəm ki, mənim belə gözəl və sadiq həvəskaralrım var və mən onları məyus etdiyim üçün üzr istəyirəm.

Mənə yaxşı baxan bütün tibbi komandaya təşəkkür edirəm",- deyə Elton John bildirib.

Müğənninin nümayəndəsi Murray Chalmers Elton John-un konsert turunu iyunun 3-dən bərpa edəcəyini açıqlayıb. Martın 25-də müğənninin 70 yaşı tamam olub.

Əfsanəvi müğənni, musiqiçi və bəstəkar olan Elton John karyerası ərzində bir neçə Grammy mükafatına və bir Oskar mükafatına layiq görülüb.

Billboard jurnalı onu bütün dövrlərin ən uğurlu ifaçısı adlandırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş