İvankanın atasını müdafiə etmək cəhdi narazılıq uğultusu ilə qarşılanıb

İvanka Trump Fotonun müəllifi Reuters

Berlində keçirilən Böyük İyirmilərin qadınlar sammitində İvanka Trump tərəfindən atasının qadınlara dair münasibətini müdafiə etmək cəhdi tənqidlə qarşılanıb.

ABŞ-ın Birinci qızı, Almaniya kansleri Angela Merkel və BVF prezidenti Christine Lagarde-la birlikdə sahibkar qadınlara həsr olunmuş diskussiyalarda çıxış edib.

Onun Donald Trump barədə dedikləri auditoriyanı qıcıqlandırıb.

Diskussiyalar G20 qadınlar sammitinin tərkib hissəsidir.

İvanka atasının "ailələrin çiçəklənməsinə şərait yaradan və onlara dəstəyin tərəfdarı" olduğunu deyərkən auditoriyada narazılıq uğultusu yayılıb.

ABŞ prezidenti qadınlara qarşı münasibətinə görə tənqid olunur.

Seçki kampaniyası vaxtı cənab Trump qadınlar barədə açıq-saçıq ifadələr işlədib. Həmin lent yazısının açıqlanması qınaqlara səbəb olub.

Bu barədə daha geniş