Türkiyə: mindən artıq şəxs "Gülenlə əlaqəyə" görə həbs edilib

reydlər Fotonun müəllifi Getty Images
Image caption Çərşənbə günü əməliyyatda təxminən 8500-ə qədər polis iştirak edib

Türkiyədə polisin 2016-cı ilin yayında dövlət çevrilişi ittiham edilən hərəkata qarşı keçirilən əməliyyatı zamanı 1000-dən çox adam həbs olunub.

Polis daxilində gizli quruma ünvanlı reydlər kimi təsvir edilən əməliyyat hələ də davam edir.

Çərşənbə günü əməliyyatda təxminən 8500-ə qədər polis iştirak edib.

Türkiyə ABŞ-da yaşayan din xadimi Fetullah Gülenə sadiq hərəkatı iyulun 15-də prezident Recep Tayyip Erdoğanı yıxmağa çalışdığını ittiham edir.

Bu ayın əvvəlində prezident Erdoğan səlahiyyətlərinin artırılması ilə bağlı referendumda qalib gəlib.

"İndiyədək 72 vilayətdə 1009 "gizli imam" həbs edilib", - Türkiyənin daxili işlər naziri deyib.

Süleyman Soylu həbsləri Türkiyə üçün mühüm addım adlandırıb.

Əməliyyat gedişatında yalnız İstanbulda 390 şübhəli saxlanılıb.

Rəsmi məlumatda 81 vilayətdə polis reydlərinin həyata keçirildiyi bildirilir.

Çərşənbə axşamı günü Türkiyənin çevriliş cəhdinə reaksiyası Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən tənqid edilib.

AŞPA Türkiyədə monitorinqə başladığını elan edib.

Ankara bu qərarı rüsvayçı adlandırır.

Bu barədə daha geniş